Kürdəmirdə ASAN xidmət tikiləcək - PUL AYRILDI




Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" binasının tikintisi üçün pul ayırıb.

"Sherg.az"ın AzərTAc-a istinadən xəbərinə görə, Kürdəmir rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə 5 milyon manat pul Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.