Lavrov İrəvandan sonra Bakıya gəlmədi - Müəmma
16:09 05.07.2016
Arxiv
662
Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda KTMT ölkələri xarici işlər nazirlərinin toplantısında iştirakının ardınca gözlənildiyinin əksinə olaraq Bakıya səfər etməyib.
virtualaz.org bildirir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi dünən axşam İrəvandan Moskvaya istiqamət alıb.
Lavrovun İrəvandan sonra Bakıya səfər edəcəyi haqda ötən həftə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir Bakıda keçirdiyi brifinqdə deyib ki, Lavrov Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar masası üzərində olan sənədlə bağlı müzakirələr aparmaq üçün Ermənistandakı toplantıda iştirakını başa vurduqdan sonra Azərbaycana gələcək. Nazir səfərin bu həftə baş verəcəyini vurğulamışdı.
Bunun ardınca Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Lavrovun iyulun əvvəllərində əvvəl İrəvana, ardınca Bakıya səfər edəcəyini təsdiqləyib. "Nazir əvvəlcə KTMT xarici işlər nazirlərinin İrəvandakı toplantısında iştirak edəcək, sonra Azərbaycana gedəcək", - Karasin bildirib.
Lakin bu gün Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova virtualaz.org-a açıqlamasında deyib ki, Lavrovun Bakıya səfərinin tarixi bu həftə ərzində açıqlanacaq. Bu isə o deməkdir ki, səfər indiki həftə ərzində deyil, daha sonra baş tutacaq.
Ehtimal edilir ki, Lavrovun İrəvana səfərin ardınca Bakıya səfəri təxirə salması Rusiyanın Qarabağ planına dair hansısa məqamlar üzrə Azərbaycan tərəfinin mövqeyinin hələ dəqiqləşməməsi ilə bağlıdır. Eləcə də mümkündür ki, Lavrov İrəvanda apardığı müzakirələrdə erməni tərəfinin mövqeyinin dəyişmədiyinin şahidi olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə