Lavrov: "Qarabağ probleminin həllinə çox yaxınıq"

Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı təşkil edib


Azərbaycanın paytaxtı Bakıda Rusiya xarici işlər naziri Sergey  Lavrov, İran xarici işlər naziri Cevad Zərif və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun iştirakıyla üçlü yığıncaq reallaşdırıldı. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı təşkil edib.
 Toplantının  gündəmi Dağlıq Qarabağdakı gərginlik idi. 3 ölkənin xarici işlər nazirləri problemi  barışıq yolu ilə necə həll ediləcəyini müzakirə ediblər. Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiyanın həll üçün təklifləri olduğunu və problemin həllinə yaxınlaşıldığını ifadə edib.
Rusiyanın həm Azərbaycan, həm də Ermənistan ilə yaxşı əlaqələri olduğunu söyləyən Lavrov, tərəflərin atəşkəs razılaşmasına əməl olunacağına  ümid etdiklərini bildirib.
Lavrov, "Razılaşmanın komponentləri artıq masamızdadır. Problemin həllinə çox yaxınıq. Dünən İlham Əliyev və Məmməedyarovla bu mövzunu cözdük, sabah da erməni həmkarım Edvard Nalbandyanla yenə bu mövzunu danışacağıq. Snayperlərin hər gün bir-birinin gözünə baxmasını maneə törətmək lazımdır. Siyasi həll üçün səyləri artırmalıyıq" deyə sözünə əlavə edib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə Azərbaycanın hər zaman problemi sülh yoluyla həll etmək istədiyini, bunun üçün  isə Ermənistan ordusunun işğal etdiyi torpaqlardan geri çəkilməsi lazım olduğunu ifadə edib. İran xarici işlər naziri Cevad Zərif də İranın problemin sülh yolu ilə həll edilməsi üçün dəstək verdiyini vurğulayıb.