"Lefigaro" Azərbaycan əsilli türkiyəli atlet Ramil Quliyevdən yazdı - Qızıl oğlan




"Qaçış üzrə dünya çempionatında Azərbaycan əsilli türkiyəli atlet Ramil Quliyev cənubi afrikalı Vayde van Nyekerki 200 metrlik məsafəyə qaçışda üstələyərək birinci yerin qalibi olub". 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, R.Quliyev finişi 20,09 saniyədə başa vurub.  Vayde van Nyekerk isə 20,11 saniyə ilə ikincilik əldə edib. Jerem Riçard isə 3 -cü yerlə kifayətlənib. 

Ən böyük məyusluğu isə finişə 20,44 saniyə ilə çataraq 6 yeri qazanan İsak Makvala yaşayıb. Çünki o, yarışdan öncə özünü ən güclü rəqib olan Van Nyekerin yenilməz  rəqibi olduğunu elan etmişdi. 

Ayyət ƏHMƏD