Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də istefa verəcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Vuçiç bu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı məlumat verib. O, 14 illik əməkdaşlığa görə Putinə təşəkkür edib və gələcək Serbiya prezidentlərinin də ölkənin xarici siyasətində beynəlxalq amillər arasında balansı qoruyacağına ümid etdiyini bildirib.
Danışıqların əsas mövzularından biri enerji əməkdaşlığı olub. Vuçiç sentyabrın 30-da müddəti başa çatan Rusiyadan qaz tədarükü müqaviləsinin uzadılacağına ümid etdiyini deyib.
Tərəflər həmçinin Balkanlardakı vəziyyəti müzakirə edib və Bosniya və Herseqovinada Dayton razılaşmaları ilə formalaşmış siyasi arxitekturanın qorunmasının vacibliyini vurğulayıblar.