Liftdə köməksiz qalan 3 nəfər xilas edildi






Bakının Xətai rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 21:23-də başa çatıb.​