Lifti yoxdur, 3 mərtəbəli evini 15 milyona satışa çıxardı





"Yeşilçam” ulduzu Türkan Şoray illərlə yaşadığı villanı satışa çıxarıb.
Milliyet.com xəbər verir ki, sənətçi 3 mərtəbəli evi üçün 15 milyon lirə (təxminən 7 milyon manat) pul istəyir. Türkan Şorayın villasını satmasına səbəb isə evində liftin olmamasıdır. Bu isə ayaqlarında problem olan aktrisaya yuxarı çıxıb - düşməkdə çətinlik yaradır.
T.Şoray "Evim çox gözəldir, amma bundan sonra istifadədə asan və modern bir ev istəyirəm” deyib.