"Liverpul" zirvədə, "Arsenal"dan gözlənilməz məğlubiyyət
19:46 21.04.2019
Arxiv
605
İngiltərə Premyer Liqasında 35-ci turun daha 2 oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, çempionluğa iki əsas namizəddən biri "Liverpul" səfərdə "Kardiff Siti"nin qonağı olub. Mersisaydlılar rəqibini 2 cavabsız qolla məğlub edərək zirvəni ələ keçiriblər.
Günün digər oyununda isə "Arsenal" doğma meydanda "Kristal Pelas"la qarşılaşıb. London klubu gözlənilmədən rəqibinə uduzub - 2:3.
21 aprel
"Kardiff Siti" - "Liverpul" - 0:2
Qollar: C. Veynaldum, 56 (0:1), C. Milner, 81-penalti (0:2)
"Arsenal" - "Kristal Pelas" - 2:3
Qollar: K. Benteke, 17 (0:1), M. Özil, 47 (1:1), V. Zaha, 61 (1:2), C. Makartur, 69 (1:3), P. E. Obameyanq, 77 (2:3)
Qeyd edək ki, bu qələbədən sonra "Liverpul" xallarının sayını 88-ə çatdıraraq, zirvəyə yüksəlib. Onlardan 1 oyun az keçirən "Mançester Siti" 86 xalla 2-cidir. "Arsenal" 66 xalla 4-cü pillədə qərarlaşıb. "Kristal Pelas" 42 xalla 12-ci, "Kardiff Siti" isə 31 xalla 18-cidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm