Mağaraları deşik - deşik axtarışa başladılar






Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə basqın təşkil edən, 2 polisi şəhid edərək qaçan və hələ də axtarılan üsyançı əsgərlərdən bəzilərinin dünən Yunanıstanın Psemiros adasına çıxdığı iddiası, qonşu ölkəni həyəcana keçirdi. Adada bir gün əvvəl əsgər və polislə başlayan axtarışların, bu gün də xüsusi qüvvə əsgərləriylə davam etdirildiyi bildirilir.

Psemirosda ilk olaraq bir çobanın əsgərləri gördüyünü söyləməsi üzərinə başlayan hərəkətlilik, bu gün də davam etdi. 
Yunanıstanda yayınlanan  'www.in.gr' adlı xəbər saytının xəbərinə görə, turistlərin çaşmış baxışları arasında adanın 6 fərqli nöqtəsinə enən yunan əsgərləri, 30-a yaxın kiçik adacıq və qayalıqlarda olan mağaraları deşik- deşik axtarışa başladı.