Magistraturada bəzi qüsurlar var" - Professor






"Magistrlar düşünür ki, bakalavr diplomu ilə işlə təmin olunduqdan sonra magistaturaya hazırlaşa bilərlər”

Bu sözləri "Sherg.az”a ötən illə müqayisədə bu il magistraturaya imtahan verənlərin sayınına zalmasından danışarkən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib. 

O qeyd edib ki, bu, azalma ciddi qayğı yaradacaq məsələ deyil:

" Bir il magistraya qəbul olmaq istəyənlərin sayında 1000 nəfər çox olur, bir il isə 1000 nəfər az olur. Mən pedaqoji prosesi müşahidə edən adam kimi magitaturada bəzi qüsurların olduğunu görürəm. Magistrantların 90 faizi işləyir. Təhsil tələb edirki, onların heç biri işləməsin. Onların hamısı magistatura təhsili almalıdır. Yəni verilən proqramı yerinə yetirməlidirlər. Fənlərin tədrisində iştirak etməlidirlər. Amma magistraturada təhsil alanların əksəriyyəti işləyir. Bu da böyük çətinliklər yaradır. Bakalavr səviyyəsini bitirən tələbələr görür ki, onun maddi ehtiyacı var. O magistaturaya getsə, bəzi çətinliklərlə qarşılaşacaq. Buna görə də magistraturaya daxil olmağa tələsmir


O bitirdiyi ixtisas üzrə iş axtarır, iş tapır. Və bakalavr səviyyəsində olan ali təhsili ilə fəaliyyət göstərir. Yaxud da maddi vəsait topladıqdan sonra magistaturaya ərizə verə bilir. Ali təhsil məktəbləri eyni səviyyədə təhsil verir. Lazım olan proqramların məzmununun dolğunluğuna çalışır. Bakalavrı bitirən tələbələrimiz bu səviyyədə hazırlaşırlar, yetişirlər. Əsas məsələ vaxtın çatmamasıdır. Bununla yanaşı maddi təminat məsələsi də var. 

Məsələn, bir magistr təhsil müddətində işləyir. Səhər tezdən saat səkkizdə işə gedib, 17:00-da çıxıb qaça-qaça dərsə gedir. Bu zaman doğru-düzgün təhsil də ala bilmir. Gənclər arasında belə bir fikir yaranıb. Biz bakalavr təhsili səviyyəsində öz işimizi quraq, işləyək. İşlə təmin olduqdan sora isə, maddi vəsait əldə edib magistaturaya daxil olarıq. Fikrimcə, əsas səbəb budur. Mən burda elə bir dərin kefiyyətli və ya narahatlıq doğuran məqam görmürəm”.


Qeyd edək ki, ötən günlərdı magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb. DİM-dən "Sherg.az"a verilən məlumata görə, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edib.

Kənan Eynuroğlu