Magistraturaya qəbul imtahanının II mərhələsi keçirilir
04:48 04.06.2017
Arxiv
346
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir. DİM-dən APA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2017-ci il mayın 4-dən 22-dək aparılıb və 9522 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8664 nəfəri Azərbaycan bölməsi, 858 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4027 nəfərini oğlanlar, 5495 nəfərini qızlar təşkil edir. 5621 nəfər ali təhsil müəssisələrinin builki, 3901 nəfər isə əvvəlki illərin məzunudur. 19 bakalavr xarici ölkə vətəndaşıdır.
İmtahanın idarə olunmasına 89 imtahan rəhbəri, 867 nəzarətçi-müəllim ayrılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə
Fatih Ürek yaşam mücadiləsi verir: Meneceri açıqladı
14:11 19.12.2025
Şou
Ukrayna üçün razılıq əldə olundu: 90 milyard avro ayrılacaq
14:00 19.12.2025
Dünya
Sahibə Qafarova Milli Məclisin növbəti iclasının tarixini açıqladı
13:55 19.12.2025
Gündəm
20 dəqiqəlik çıxışında 700 dəfədən çox “mən” sözünü işlədib
13:52 19.12.2025
Gündəm
Bakıda küçədə səs-küy salan qadın həbs edildi
13:41 19.12.2025
Hadisə