"Makronun qərarı Ermənistanı işğalçılıq siyasətini genişləndirməyə ruhlandıracaq"
15:35 07.02.2019
Arxiv
733
Azərbaycan Milli İstiqlal Partiyası Fransa prezidenti Emmanuel Makronun qondarma erməni "soyqırımı”nın anılması ilə bağlı qərarına dair bəyanat yayıb.
Bu barədə "Sherg.az”a məlumat verən AMİP Siyasi Şuranın üzvü Əli Orucov bildirib ki, Fransa prezidenti Emmanuel Makronun "1915-ci il hadisələrinin Fransada anım Günü elan edəcəyi” ilə bağlı səsləndirdiyi fikirlər bu ölkənin Azərbaycandakı imicinə ciddi surətdə zədələmklə yanaşı, etibarını da sarsıdacaq.
Partiya funksionerinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsindən biri olaraq Fransa əgər belə bir addım atarsa, Dağlıq Qarabağ münaqişəsinın sülh yolu ilə həll edilməsində vasitəçilik missiyasına əsaslı şübhələr yaradacaq. Həmçinin təcavzükar Ermənistanı öz işğalçılıq siyasətini genişləndirməyə ruhlandıracaq:
"Saxta "erməni soyqırımı”nı tanımaqla saxtalaşdırılmış tarixi siyasi alətə çevirən Fransa unutmamalıdır ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olaraq beynəlxalq hüququn, prinsiplərin, eləcə də sühlün və təhlükəsizliyin qorunub saxlanılmasında daha çox məsuliyyət daşıyır.
Azərbaycan ərazilərinin işğaldan qeyd-şərtsiz boşaldılması haqqında qəbul edilmiş BMT TŞ-nın 4 qətnaməsini indiyədək də yerinə yetirməyən, Xocalı soyqırımını törədən Ermənistana təzyiq göstərmək, onu işğalçılıq, terrorçuluq siyasətindən əl çəkdirmək əvəzinə sərgilədiyi aşırı tərəfkeşilik təəssüf və qınaq doğurur. Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, Fransa prezidentinin "erməni soyqırımı”nı anım günü tanıyacağı barədə ifadələri bölücülük, nifrət və qisasa aparan yoldur və bundan çəkinilməlidir.
AMİP "erməni soyqırımı”nı tanıyaraq böyük səhvə yol verən Fransanın ikinci səhv addım atmamağa, xalqlar arasında düşmənçilik üçün fürsət verməməyə, Azərbaycan-Fransa dostluq əlaqələrini zəiflədəcək addım atmamağa çağırır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya