Maliyyə Bazarlarına Nəzarət Palatasında BVF-in nümayəndə heyəti ilə görüş keçirilib
21:34 06.04.2016
Arxiv
638
Maliyyə Bazarlarına Nəzarət Palatasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə texniki yardım missiyasının başçısı Filip Bartolomeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Palatadan "APA-Economics”ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı qonaqlara maliyyə bazarlarına nəzarət və tənzimləyici orqanının qarşısında duran əsas vəzifələr və çağırışlar haqqında geniş məlumat verib. Sədr Palatanın funksiyalarına uyğun olaraq institusional islahatların aparılacağını və bunun nəticəsində daha sistemli maliyyə sabitliyi çərçivəsinin yaradılacağını vurğulayıb.
F. Bartolomey Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib. O, BVF tərəfindən ortamüddətli perspektivdə texniki yardımla bağlı tədbirlər planının hazırlanacağını, eləcə də prudensial nəzarət mexanizminin hazırlanmasında təmsil etdiyi qurumun Palataya dəstək göstərəcəyini diqqətə çatdırıb.
Sonda tərəflər arasında texniki əməkdaşlıq istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya