Manatın məzənnəsi dəyişməyəcək
20:55 17.03.2016
Arxiv
880
FES-in qərarı Azərbaycan maliyyə bazarına ciddi təsir göstərməyəcək
Ötən günlərdə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasına yekun vurulub. İclasın yekunlarına dair protokolda qeyd edilib ki, qurum uçot dərəcəsini dəyişməyib və onu 0.5 faizdə saxlayıb. Bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb və paralel olaraq neftin qiymətinin qalxdığı müşahidə olunur.
Məlumat üçün bildirək ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz rekord aşağı səviyyə ilə 0,25 faiz artırıb. Baza faiz dərəcəsi üzrə orta göstərici 0,375 faiz təşkil edir.
Maraqlıdır, görəsən, FES-in qərarı manata necə, təsir edəcəkmi?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə söyləyib ki, FES-in uçot dərəcəsini dəyişməyəcəyi öncədən proqnozlaşdırılırdı, bu baxımdan qərar gözlənilən idi.
Ekspertin qənaətincə, FES-in uçot dərəcəsi ilə bağlı son qərarı manata təsir göstərməyəcək: "İndiki məqamda uçot dərəcəsinin stabil qalması bazardakı mövcud status-kvonun qorunub saxlanması deməkdir. Mərkəzi Bank Azərbaycanda valyuta bazarında yenə də aparıcı qurumdur və proseslərə təsir göstərir. Bu baxımdan FES-in qərarı Azərbaycan maliyyə bazarına ciddi təsir göstərməyəcək. Manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılıdır. Azərbaycana dünya bazarında neftin qiymətinin dəyişməsi, FES-in qərarlarından daha çox təsir edir”.
V.Bayramov diqqətə çatdırıb ki, Azərbaycanda manatın məzənnəsinin dəyişməsi FES-in qərarından deyil, birbaşa Mərkəzi Bankın (MB) qəbul etdiyi qərarlardan asılıdır: "Çünki MB praktik olaraq bazara təsir göstərir. Manatın məzənnəsinin kəskin dəyişməsi yalnız Mərkəzi Bankın öz siyasətini dəyişməsi halında mümkündür”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol