Masazırda bədbəxt hadisə: 16 yaşlı qız öldü






Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baç verib.

 Lent.az xəbər verir ki, Masazır qəsəbəsində yaşayan Tovuz rayon sakini, 16 yaşlı Qasımova Mətanət Qasım qızı dəm qazından zəhərlənib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilsə də, artıq gec olub. Həkimlər 16 yaşlı qızın vəfat etdiyini müəyyənləşdirib.

Faktla bağlı araşdırma aparılır.