ABŞ Prezidenti Donald Tramp İranla bağlı münaqişənin gedişatı barədə qərar verməli olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında hadisələrin “yaxşı və ya pis yolla” inkişaf edə biləcəyini deyib. Onun sözlərinə görə, Vaşinqton hər iki variantı nəzərdən keçirir.
ABŞ lideri həmçinin Tehranın nüvə silahı ilə bağlı bütün planlarından faktiki olaraq imtina etdiyini iddia edib. Bununla belə, Tramp İranla bağlı yekun qərarın hələ qəbul edilmədiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran iyun ayında atəşkəs haqqında memorandum imzalamışdı. Lakin üç həftə sonra tərəflər arasında qarşılıqlı zərbələr yenidən başlayıb və tərəflər razılaşmanın pozulmasında bir-birini ittiham ediblər.