Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın İrana qarşı hərbi təzyiqinin dünya iqtisadiyyatına və amerikalı vergi ödəyicilərinə ciddi təsir göstərdiyini bildirib.
Sherg.az xəbər verir ki, Medvedev İranın dövlət televiziyasına müsahibəsində qeyd edib ki, neft və dizel yanacağının bahalaşması ABŞ-da da əhalinin xərclərinə təsir edib.
“Silah nümayiş etdirmək əvəzinə danışıqlar aparmaq lazımdır. Əks halda dünya iqtisadiyyatı kollaps təhlükəsi ilə üzləşə bilər”, - deyə o vurğulayıb.
Rusiya rəsmisi həmçinin Rusiya-İran münasibətlərinin “misli görünməmiş yüksək səviyyədə” olduğunu, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını və birgə layihələrin davam etdiyini bildirib.
Medvedevin sözlərinə görə, İran ətrafında yaranmış münaqişə Hörmüz boğazından gəmiçiliyə də ciddi təsir göstərib və bunun nəticəsində dünya bazarında yanacaq qiymətləri yüksəlib.