Mayın 29-na kimi proses yekunlaşacaq

İndiyə qədər 1500-ə yaxın media nümayəndəsi qeydiyyatdan keçib və proses davam edir



Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Bu mötəbər idman yarışına maraq böyük olduğundan yerli media ilə yanaşı, xarici KİV-lər də bu oyunları işıqlandıracaq.

Bu məqsədlə artıq "Bakı-2015” ilk Avropa Oyunlarının işıqlandırılması üçün indiyə qədər 1500-ə yaxın media nümayəndəsi qeydiyyatdan keçib və proses davam edir.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Mətbuat Əməliyyatları Qrupundan "Şərq”ə verilən məlumata görə, bəzi media qurumlarına elektron formada akkreditasiyaya alınması ilə bağlı bildirişlər göndərilib: "Mayın 29-na qədər proses yekunlaşacaq və bundan sonra qeydiyyatdan keçənlər elan edilərək kartlar veriləcək”.

Vüqar