Məcburi nikaha daxilolma halları artıb - Komitə
17:26 13.05.2019
Arxiv
603
Azərbaycanda iş yerlərində, o cümlədən təhsil və tibb müəssisələrində seksizm (cinsi ayrı-seçkilik) halları baş verir. Bəzi hallarda bu, zorakılığa məruz qalanların intihara əl atmasına gətirib çıxarır.
Trend-in məlumatına görə, bunu Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, CEDAW Komitəsinin üzvü Elgün Səfərov deyib.
Cinsi ayrı-seçkiliyin insan hüquq və azadlıqlarının pozulması olduğunu deyən E.Səfərov əlavə edib ki, dünyada 700 milyon qadın məcburi nikaha daxil olub. Azərbaycanda da məcburi nikaha daxilolma halları artıb.
Komitə rəsmisi seksizmlə yanaşı, seksual zorakılıq hallarının yayılmasına da toxunub. E.Səfərov bildirib ki, bəzən sosial şəbəkələr insanların seksual zorakılığın qurbanına çevrilməsinə səbəb olur. O, Azərbaycanda 24-30 yaşlı əhalinin 85 faizinin sosial şəbəkələrdən istifadə etdiyini də nəzərə çatdırıb.
E.Səfərov qeyd edib ki, seksizm məsələləri qanunvericilik aktlarına, Cinayət, İnzibati Xətalar məcəllərinə, "Gender təminatı haqqında" Qanuna daxil edilməlidir: "Qanunların həssas qruplara aid olması nəzərə alınmalıdır. Bir çox təşkilatların seksizm hərəkətlərinə qarşı mübarizə aparması vacibdir. Seksizmlə mübarizə sistemində ayrıca institut yaradılmalıdır. Gender bərabərliyi, qadın və qızlara qarşı edilən seksizm hərəkətləri ilə bağlı xüsusi tədqiqatlar aparılmalıdır. Mediada real vəziyyəti göstərmək lazımdır ki, nələr edilir və qadınlarla bağlı hansı problemlər var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sağlam ürək üçün 8 ƏSAS TƏDBİR
12:35 17.05.2026
Sağlamlıq
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
12:29 17.05.2026
Hadisə
Mixail Zabelin vətəndaşların problemləri ilə maraqlanıb
12:04 17.05.2026
Aktual
Arı zəhəri süd vəzi xərçəngini məhv edir - Yeni elmi iddia
11:47 17.05.2026
Sağlamlıq
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
11:30 17.05.2026
Gündəm
Türk xalqları bu gün yenidən öz tarixi missiyasına qayıdır - ŞƏRH
10:57 17.05.2026
Gündəm
Tam 27 ton: Yeni dinozavr növü aşkar edilib
10:55 17.05.2026
Tarix
İrandan Hörmüz boğazı ilə bağlı yeni mexanizm
10:49 17.05.2026
Dünya
Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
10:35 17.05.2026
Sağlamlıq
Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz
10:27 17.05.2026
Sağlamlıq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
10:15 17.05.2026
Gündəm
Zimbabvenin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:05 17.05.2026
Gündəm
Biz Ukrayna üçün çox iş görmüşük - Çinin xarici işlər naziri
09:52 17.05.2026
Dünya
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
09:51 17.05.2026
Cəmiyyət