Mədə kiçiltmə əməliyyatı reallaşdı

140 kilodan 70 kiloya qədər arıqladı
Samsunun İlkadım qəsəbəsində yaşayan 28 yaşlı evdar qadın Nemət Aydın, keçirdiyi mədə kiçiltmə əməliyyatı ilə yenidən həyata bağlandı.
Çəkisi 140 kiloya qədər çıxan və keçən yanvar ayında bıçaq altına düşən Nemət Aydın, sanki ikinci baharını yaşadığını söylədi. Əməliyyatının Samsun təhsil və Araşdırma xəstəxanasında reallaşdığını ifadə edən Nemət Aydın, "Əməliyyata qərar verdiyimdə 140 kiloydum və bu vəziyyətdən ötəri çox bədbəxtdim. İstədiyim kimi gəzə bilmir, idman edə bilmir, istədiyim yerlərə gedib əylənə bilmirəm. Bu əməliyyat sayəsində sağlamlığıma qovuşdum, kilolarımdan xilas oldum. 5 aya yaxın bir müddət içərisində 140 kilodan 70 kiloya qədər düşdüm. Artıq özümü çox yaxşı hiss edirəm” dedi. Diyet və idman edərək nizamlı şəkildə kilo verməyə davam etdiyini vurğulayan Nemət Aydın, "Artıq həyat keyfiyyətim artdı, psixologiyam düzəldi. Əməliyyat sonrasında uşaq menyusuyla belə doya bilirəm. Daha əvvəllər bir payda 2 çörək yeyir, kola içirdim. Artıq bu istəklər yox deyiləcək qədər azaldı. Hədəfim 65 kiloya düşə bilməkdir. 5 kilo da arıqlasam mənim üçün artıq heç bir problem qalmayacaq və həyatıma kefli şəkildə davam edəcəyəm” deyə danışdı.