Medvedyevdən ABŞ-a təhdid: Bu, savaş elanı olacaq
08:25 10.08.2018
Arxiv
717
Əgər Rusiyanın dövlət banklarının fəaliyyəti qadağan edilsə və ya hansısa valyutadan istifadəsinə qadağa qoyulsa, Rusiya bunu özünə qarşı iqtisadi müharibə elanı hesab edəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Baş naziri Dmitri Medvedyev deyib.
"ABŞ iqtisadi sanksiyalarını gücləndirsə, Rusiya buna həm iqtisadi, həm siyasi, həm də başqa metodlarla cavab verəcək. Əgər Rusiyanın dövlət banklarının fəaliyyəti qadağan edilsə və ya hansısa valyutadan istifadəsinə qadağa qoyulsa, Rusiya bunu özünə qarşı iqtisadi müharibə elanı hesab edəcək. Bizim amerikalı dostlarımız bunu anlamalıdırlar. Rusiya heç bir sanksiyadan qorxmur. Biz son 100 il ərzində daimi sanksiya təzyiqi şəraitində yaşamışıq” – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Skripal insidentinə görə, Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə hazırlaşdığını bəyan edib. Bu sanksiyalara əsasən Rusiya ilə diplomatik əlaqələrin səviyyəsi aşağı salınacaq, "Aeroflot”un və Rusiya hökumətinin nəzarətindəki digər aviaşirkətlərin ABŞ-a uçuşları dayandırılacaq, qida məhsulları istisna olmaqla, ABŞ-dan Rusiyaya ixracat tam dayandırılacaq və bu ölkədən ABŞ-a idxal (o cümlədən neft və neft məhsulları) qadağan ediləcək, Rusiyaya beynəlxalq maliyyə qurumlarından yardım və kreditlərin ayrılması əngəllənəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya