Məhbuslardan Gülər Əhmədovaya ciddi mesaj göndərilib: "Özünü ölmüş bil"
09:22 23.02.2014
Arxiv
844
Sabiq deputat, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın həyatına təhlükə var. Bu barədə "Yeni Müsavat”a açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov məlumat verdi. Onun sözlərinə görə, dünən müvəkkili ilə görüşmək üçün Bakı İstintaq Təcridxanasında olub və G.Əhmədovanın əhvalının, eləcə də səhhətinin pis olduğunu görüb: "Müvəkkilim Gülər Əhmədovaya qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ciddi mesaj göndərilib. Həmin mesajda bildirilir ki, ”bu həbsxanaya gəlsən, səni öldürəcəyik, özünü ölmüş bil". Gülər xanım da bu xəbərdən çox sarsılmışdı. Onsuz da ürək ağrıları var idi, bu mesajdan sonra ürəyindəki ağrılar daha da artıb. Əsəbləri də gərginləşmişdi".
Vəkili bildirib ki, müvəkkili bu mesajı özünün iqtidarı dəstəkləməsi ilə əlaqələndirib: "Gülər xanım iqtidara qulluq edən adam olub. İndi də onu dəstəkləyir. Şəxsi fikrim belədir ki, həmin qadınların çox hissəsi iqtidarı istəməyənlərdir”.
Ə.Talıbov bu mesajın G.Əhmədovaya kimlər vasitəsilə çatdırılması barədə məlumatsız olduğunu deyib. O, sabiq deputatın hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini də bilmədiyini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi