Məhbusları üçüncü mərtəbəyə köçürdülər

Nemət Pənahlının da kamerasını dəyişiblər



Qobustan həbsxanasında cəza çəkən meydan hərəkatının qəhrəmanlarından olan Nemət Pənahlının saxlandığı kameranı dəyişiblər. Həyat yoldaşı Həcər Pənahlı ərinin sağlıq durumunun o qədər də yaxşı olmadığını bildirib.

Həcər Pənahlının sözlərinə görə, Nemət Pənahlı kameranı öz istəyi ilə dəyişməyib: "Həbsxananın birinci mərtəbəsində təmir işləri gedir. Bütün dustaqları üçüncü mərtəbəyə qaldırıblar. O, indi üç nəfərlik kamerada saxlanılır. Saxlanma şəraitindən ciddi bir narazılığı yoxdur. Dediyinə görə, otağı əvvəlkindən rahatdır. Amma yazmaq və mütaliə üçün bir adamlıq kamerada qalmaq istəyir”. Həftədə iki dəfə həyat yoldaşı ilə telefon əlaqəsi saxladığını vurğulayan H.Pənahlı deyib ki, Nemətin sağlıq durumunda heç bir irəliləyiş yoxdur: "Şəkər xəstəliyindən əziyyət çəkir, səhhəti də həmişəki kimidir. Ora elə bir yerdir ki, yaxşı olmaqdan söhbət belə gedə bilməz. Ən azından hələ ki, dərmanını verirlər. Elə vaxt olub ki, heç dərmanlarını da vermirdilər”.

Şəymən