Mehriban Əliyeva: "Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir"
16:12 24.02.2017
Arxiv
338
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva yeni vəzifəyə təyin olunmasına münasibət bildirib. Sherg.az AzərTAc-a istinadən vitse-prezidentin təşəkkür mətnini təqdim edir:
"Əziz dostlar!
Bu günlər mən cənab Prezidentin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağım münasibətilə həm ölkəmin müxtəlif guşələrindən, həm də xaricdən çox sayda təbriklər alıram.
Yeni vəzifədə mənə dəstək dolu sözlərinizi, diləklərinizi dərin minnətdarlıq hissi ilə oxuyuram.
Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir. Çünki bütün fəaliyyətim boyu mənim üçün əsas prioritet ölkəmizin və xalqımızın maraqları olub.
İndiyədək Heydər Əliyev Fondu bir çox əhəmiyyətli layihələr reallaşdırıb və mən bununla fəxr edirəm. Bu illər ərzində biz Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəmizi verməyi bacarmışıq. Amma yeni təyinat qarşıma artıq yeni hədəflər qoyur, yeni imkanlar açır.
Mən gələcəyə nikbin baxıram. Çünki bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız var.
Əziz dostlar, mən ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram.
Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik.
Bu gün sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir.
Mən bu dəstəyi hər zaman, fəaliyyətimin bütün mərhələlərində hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq özünü yalnız sözdə deyil, konkret əməldə göstərməlidir.
Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə - öz Vətənimə və xalqıma xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam. Hər birinizə uğurlar, cansağlığı və firavanlıq, doğma Vətənimizə isə sülh və inkişaf arzulayıram!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə
Bəşər Əsəd Şaraanı devirmək üçün 160 minlik ordu qurdu
14:29 26.12.2025
Dünya
Zelenskinin Noel arzusu: “Putin yox olsun”
13:55 26.12.2025
Dünya
Sahibsiz heyvanlar səbəbindən dəmir yollarında 54 hadisə baş verib
13:44 26.12.2025
Hadisə
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
13:23 26.12.2025
Dünya
Patent sahiblərinə yeni hüquq verilir
13:17 26.12.2025
Siyasət
Paşinyandan Türkiyəyə açıq mesaj: “Böyük oynamalıyıq”
13:09 26.12.2025
Gündəm
Onlara sosial şəbəkələrdə hesab açmaq qadağan olunsun
13:08 26.12.2025
Sosial