Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı – Azad Rəhimov
05:03 02.12.2018
Arxiv
511
Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresində çıxışı zamanı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir Konqres iştirakçılarını Bakıda salamlamaqdan məmnun olduğunu bildirib: "Dünyada bu cür yüksək səviyyəli tədbirin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil. Bakı qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib. Bildiyiniz kimi, biz 2015-ci ildə İlk Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını, Dünya Şahmat Olimpiadasını, Formula 1 Qran Prisini, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunu, eləcə də ötən ay Dünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclaslarını və digər mühüm beynəlxalq tədbirləri təşkil etmişik. Bakının bu Konqresin keçirildiyi məkan kimi seçilməsi böyük fəxrdir".
O, 2002-ci ildə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildiyini vurğulayıb:
"Bu, gözəl idman növü olan gimnastikanın ölkəmizdə inkişafına böyük təkan verdi və bu idman növü öz layiqli inkişaf səviyyəsinə çatdı. Federasiyanın aktiv fəaliyyəti nəticəsində gimnastikaya insanların böyük marağını cəlb etmək mümkün oldu, yeni infrastruktur yaradıldı və uğurlu kadr islahatları aparıldı".
A.Rəhimov xatırladıb ki, 2017-ci ildə Azərbaycanda Beynəlxalq Gimnastika Federasiyası Şurasının iclası keçirilib:
"Biz, həmçinin gimnastikanın müxtəlif növləri üzrə bir neçə dünya və Avropa çempionatı keçirmişik. Bundan başqa, gələn il bədii gimnastika üzrə Avropa və dünya çempionatlarının, eləcə də digər gimnastika növləri üzrə Avropa və dünya çempionatlarının təşkili planlaşdırılır. Bu, Azərbaycan hökumətinin idmanın, xüsusilə də gimnastikanın inkişafına xüsusi diqqət göstərdiyinə real və əyani nümunədir. Sizi inandırırıq ki, Azərbaycan bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək".
Nazir əmin olduğunu bildirib ki, Bakıda keçirilən 82-ci Konqres yeni innovativ ideyaların mübadiləsi və gimnastikanın inkişafı – dünyada gimnastikanın rolunu və inkişaf səviyyəsini artırmağa kömək edəcək yanaşma və ideyalar üçün platforma olacaq: "Bir daha Bakıya gəlmiş nümayəndələri səmimi qəlbdən salamlayıram və Konqresin işinə uğurlar arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat