Ehtimal olunur ki, onlar şirniyyətdan zəhərləniblər
Məktəbdə zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb
22:44 17.04.2017
Arxiv
499
Tahir Əmiraslanov: “Məktəbə kənardan təsadüfi qidaların gətirilməsi heç bir halda doğru deyil
Ehtimal olunur ki, onlar şirniyyətdan zəhərləniblər
Ehtimal olunur ki, onlar şirniyyətdan zəhərləniblər
Paytaxtın Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə baş vermiş qida zəhərlənməsi nəticəsində 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdirilmiş 9 şagird artıq evə buraxılıb.
Bu barədə "Şərq”ə Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib. Z.Kazımov bildirib ki, qida zəhərlənməsi ehtimalı ilə xəstəxanaya yerləşdirilmiş şagirdlərin hamısının vəziyyəti normallaşdığından evə buraxılıblar. Şagirdlərin hansı qidadan zəhərləndiyi isə aparılan tədqiqatlar sonuclandıqda bilinəcək:
- Hələ ki, zəhərlənmənin nədən, hansı qidadan baş verdiyi dəqiq bilinmir. Ehtimal olunur ki, şagirdlər şirniyyatdan zəhərləniblər. Hazırda tədqiqat gedir. Analiz aparılmaq üçün xüsusi maddədən nümunə götürülüb. Tədqiqatlar başa çatdıqda zəhərlənmənin nədən baş verdiyi aydınlaşacaq.
Qeyd edək ki, Maştağa qəsəbəsindəki 22 saylı orta məktəbin 5-ci sinif şagirdlərindən biri ad günü münasibəti ilə sinfə şirniyyat gətirib. Bundan sonra şagirdlərin səhhətində ağırlaşma başlayıb. Məktəblilərdən 8-i 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha bir şagird isə xəstəxananın ümumi palatasında müalicə alıb. Xoşbəxtlikdən ağır fəsadlar yaranmayıb. Şagirdlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Lakin bu olay məktəblilərin qida təhlükəsindən sığortalanmadığını göstərir. Dəfələrlə məktəb bufetlərindəki keyfiyyətsiz qidalar, şagirdlərin mənşəyi bilinməyən ərzaqlardan istifadə etməsi aktual mövzu olaraq qabardılıb. Amma nəticə ortada yoxdur. Məktəb bufetlərindəki keyfiyyətsiz, zərərli qidalar bir yana, üstəlik, şagirdlərin sinfə gətirdiyi şirniyyatlar da təhlükə daşıyır.
Respublikanın baş kulinarı, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov "Şərq”ə açıqlamasında məktəbə kənardan hər hansı ərzaq, qida gətirilməsinin yolverilməz olduğunu dedi:
- Məktəbə nə kənardan, nə içəridən, hansısa təsadüfi qidaların gətirilməsi heç bir halda doğru deyil. Uşaqlar üçün nəzərdə tutulan qidalar xüsusi nəzarətdən, yoxlamadan keçməlidir. Son vaxtlar bu da dəb olub, şagirdin ad günüdür, bayramdır, kənardan, evdən sinifə şirniyyat, tort gətirir. Buna qətiyyən yol verilməməlidir. Tərkibi naməlum qidaları uşaqlara vermək olmaz. Uşaq qidası bütün digər qida növlərindən fərqlənir. Uşağa hər qidanı vermək olmaz. Uşaqların qida rasionu xüsusidir. Mən ABŞ-da olanda bir məktəbə getmişdim, koridorda bir aparat quraşdırılmışdı, şagirdlər oradan alma, armud götürüb yeyirdilər. Özü də ekoloji təmiz məhsul. Ancaq bizim məktəblərdə nə satılır? Kremli məhsullar, kolbasa, sosiska. Kremli məhsullar uşaqlar üçün xüsusilə təhlükəlidir. "Lenin baba” zamanında şagirdlərə bir fincan süd verilirdi. Hamı bilir ki, süd, ağartı məhsulları uşaq orqanizmi üçün böyük əhəmiyyət daşıyır. Uşağın boy atması, sümüklərin bərkiməsi, orqanizmin sağlam olması üçün süd, süd məhsulları lazımdı. Analar niyə uşaqları vadar edir ki, süd içsin? Uşağın bədəni bərkisin, normal inkişaf etsin deyə. Fikir verirsiniz, indiki uşaqların boyu kiçilib, sısqalaşıblar uşaqlar. Bunun hamısı düzgün qidalanmamanın nəticəsidir. Uşaqların qidalanması 3 qrup üzrə təyin edilir. 1-ci sinifdən 3-cü sinfə, 3-cü sinifdən 6-cı sinfə və 6-dan yuxarı siniflərə qədər. Hər qrup üzrə qidalanma fərqlidir. 1-ci sinif şagirdinin qidasını yuxarı sinfə vermək olmaz, yuxarı sinif şagirdlərinin qidasını da kiçik sinif şagirdlərinə. Təəssüf ki, özlərinə rəva görmədiklərini, bəyənmədikləri qidaları uşaqlara verirlər. Və yaxud, uşaqların keyfiyyətsiz qidalanmasına göz yumulur.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm