
Məktəbin kollektivi tikinti şirkətini məhkəməyə verməlidir
20:38 04.07.2016
Arxiv
708
Təhsil müəssisələri, mədəniyyət ocaqları, tarixi məkanlar ərazisində hər hansı tikinti aparılması qanunla qadağandır

Tikinti şirkətlərinin özbaşınalığı son zamanlar tez-tez müşahidə edilir. Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində "Kainat” tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binası inşa edilib. Şirkət binanın qarşısında istirahət parkı və avtomobil dayanacağı tikiləcəyini də bildirib.
Lakin həmin binadan mənzil alan vətəndaşlar illərdir ki, parka da, avtomobil dayanacağına da həsrət qalıblar, çünki şirkətin binanın qarşısındakı ərazini qanunsuz zəbt etdiyi aşkarlanıb. Məlum olub ki, binanın qarşısındakı ərazi heç də şirkətə məxsus deyilmiş, orta məktəbin sahəsinə aidmiş. Şirkətin qanunsuz ərazi zəbt etməsindən 144 saylı orta məktəbin kollektivi də şikayətçidir. Məktəb kollektivi 2000-ci ildən bu yana tikinti şirkətinin qanunsuz əməlləri ilə üz-üzədirlər. Məktəbin qarşısındakı stadion ləğv edilib, məktəblilərə məxsus ərazi fərdi ev sahibləri, avtomobil qarajları tərəfindən zəbt edilib. Ərazidəki şam ağaclığı da məhv edilib.
Tikinti şirkətlərinin əlavə ərazilər zəbt etməsi, vətəndaşların hüquqlarını kobud şəkildə pozması sanki adi hal alıb. Hansısa tikinti şirkətinə bina inşa etmək razılığı verilirsə, ətraf sahələri də ixtiyarları altına almağa başlayırlar. Əhalinin yolunu kəsir, istirahət parklarını dağıdır, hətta səkiləri də zəbt edirlər. Tikinti şirkətləri niyə özlərini külli-ixtiyar sahibi zənn edir?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında ərazilərin qanunsuz zəbt edilməsində yerli icra strukturlarının tikinti şirkətləri ilə əlbir olduğunu bildirdi:
- Təhsil müəssisələri, mədəniyyət ocaqları, tarixi məkanlar ərazisində hər hansı tikinti aparılması qanunla qadağandır. Hətta belə ərazilərin icarəyə verilməsi də qadağandır, nəinki orada tikinti aparmaq. İstər icra hakimiyyətləri, istərsə də yerli bələdiyyələr şirkətə tikinti aparmaq üçün yer ayırırsa, ərazinin hansı qurumun mülkiyyətində olduğunu bilməlidir, əvvəlcədən bunu araşdırmalıdır. Əks halda, bax belə xoşagəlməz, qanunsuz əməllər ortaya çıxır. Problemin yaranmasına səbəb, bir çox hallarda yerli icra strukturları ilə tikinti şirkətlərinin əlbir olmasıdır. Bəzi işbazlar da buna gedir. Təhsil, səhiyyə, mədəniyyət idarələri ilə qanunsuz işbirliyi qurur, sahələri faktiki satırlar. Vəzifə dəyişikliyi baş verdikdə də, yeni rəhbər özündən əvvəlkinin qanunsuz əməllərinin girovuna çevrilir. Mən məsləhət görərdim ki, sakinlər də, məktəbin kollektivi də tikinti şirkətini məhkəməyə versin. Bu məsələni Təhsil Nazirliyi, Bakı Baş Təhsil İdarəsi də qaldırmalıdır. Qoy onlar məktəblilərin hüquqlarının bərpasını təmin etsinlər. Vətəndaşlar da müqavilə şərtlərinin pozulmasından dolayı mənzil-tikinti şirkətini məhkəməyə verə bilər. Biz son zamanlar tikinti şirkətlərinin qanunsuz əməllərinin şahidi oluruq. Bir mənzili bir neçə nəfərə satmaq, alqı-satqı məsələlərində müxtəlif qanunsuzluqlar, insanların yolunun, istirahət yerlərinin zəbt edilməsi, vətəndaşın pəncərəsinin önünün kəsilməsi, mənzilə günəş şüasının, havanın daxil olmasının əngəllənməsi... bütün bunlar tikinti şirkətləri tərəfindən ən çox rast gəlinən qanun pozuntularıdır. Görünür, bəzi MTK-lar tikintiyə razılıq almaqla, özlərini külli-səlahiyyət sahibi hesab edirlər və qazanc əldə etmək naminə insanların adi yaşayış hüquqlarını tapdalayırlar. Hətta bununla kifayətlənməyib, məktəb və mədəniyyət ocaqları ərazilərinə də əl uzadırlar.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol