"...məktəblər övladlarmızı qoruya bilmir" - Bıçaqlanma, zorlanma və şantaj

"Orta məktəb şagirdləri arasında bıçaqlanma kimi xoşagəlməz hadisələr baş verdikdə, həmin məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılmalıdır”.
Bunu "Sherg.az”a ötənlərdə paytaxtda Nizami rayonu Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin şagirdləri arasında baş vermiş bıçaqlanma hadisəsini şərh edərkən təhsil eksperti Kamran Əsədov söyləyib.
Onun qənaətincə, bu cür hadisələrin orta məktəblərdə baş verməsi xoşagəlməzdir:
"Son zamanlarda belə hadisələrin sayı artıb. Məktəblilər üzərlərində onlara məktəb daxilində gəzdirilməsi və istifadəsi qadağan edilmiş vasitələr götürürlər. İlk növbədə məktəblərin növbətcisi olur. Bundan əlavə məktəbə daxil olarkən mühafizəçi tərəfindən onların yoxlanılmas həyəta keçirilir. Amma bəzi məktəblərdə bu hallar pozulur.Bu cür xoşagəlməz hadisələrin baş verməsinin əsas səbəbi məktəb direktorlarının və direktor muavinlərinin öz səlahiyətlərini yerinə yetirə bilməməsindən irəli gəlir. Şagirdlər arasında baş vermiş prosesin qarşısını onların müəllimləri və sinif rəhbərləri ala bilər. Hər məktəbdə şagirdlərin şəxsi vərəqi var. Problemli, davranışları düzgün olmayan şagirdlər barəsində həmin vərəqlərdə qeydlər aparılır. Problemli şagirdlər mütləq şəkildə sinif rəhbərləri, müəllimləri və məktəbin digər əməkdaşları tərəfindən daima nəzarətdə saxlanılmalıdır".
Ekspert düşünür ki, şagirdlərin bu qədər aqressiv olmasının səbəblərindən biri də orta məktəblərdə fəalliyət göstərən psixoloqların işlərinə qeyri-ciddi yanaşmasıdır:
" Nəticədə şagirdlər arasında pisxoloji vəziyyət bu qədər yüksək səviyyəyə qalxır. Biz övladlarımızı orta məktəblərə təhsil almağa göndəririk. Amma onların təhlükəsizliyini təmin etməli olan məktəblər övladlarmızı qoruya bilmirlər. Orta məktəblərdə idarə etmənin aşağı səviyyədə olması məktəbləri kriminogen vəziyyətə gətirib. Kirminal hadisələrin sayı kəskin şəkildə artıb. 
Bıçaqlanma hadisəsi təkcə şagirdlər arasında deyil, şagird və şagird, müəllim və şagirdlər arasında da yaşanır. Hətta şagirdlər arasında xoşaglməz videoların çəkilməsi, zorlama hadisələrnin baş verməsi də müşahidə olunur. Belə xoşqgəlməz hallar ilbəil artır. Belə hadisələr baş verdikdə məktəb direktorları vəzifələrindən azad edilməlidir. Şagirdlərin üstləri, çantaları sinif rəhbərləri tərəfindən mütləq yoxlanılmalıdır. Çünki bu hadisələr iri fəsadlar törədə bilər. 
Qoyulan şərtlərə əməl olunsa, bu tipli olayların sayı azalacaq. Biz Amerika deyilik ki, şagirdlərə sərbəst şəkildə silahdan davranmaq icazəsi verək. Azərbaycanın qanunvericilik aktına görə, şagirdlərin üzərində kəsici, deşici kimi soyuq silah ola bilməz. Təəssüf ki, bizdə bu cür arzuolunmaz hadisələr adiləşib. Amerikada belə olaylar baş verir, amma orada yaşanan neqativ hadisələrlə bizdəkiləri müqayisə etmək olmaz. 
Azərbaycanda cəmi 4472 məktəb var. Burada da 1,6 milyon şagird təhsil alır. Amerikada 135 min məktəb var. Onlarda bu cür xoşagəlməz hadisələrin baş verməsi 0.1 faiz deyil. Azərbaycanda isə kifayət qədər çoxdur. Artıq orta məktəblərdə bu cür hadisələr kütləvi hal alıb. Əsasən də məktəb direktorlarının məktəbi idarə edə bilməməsinə görə, belə hadisələr ildən-ilə artır”.
Kənan Eynuroğlu