"Məncə məktəblərdə sosial şəbəkə dərslərinin keçirilməsinə ehtiyac yoxdur”
Bu sözləri "Sherg.az”a orta məktəblərdə sosial şəbəkələrlə bağlı dərslərin keçirilməsi təklifi ilə bağlı danışarkən İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu deyib.
O qeyd edib ki, sosial şəbəkə dərslərinin keçirilməsi əvəzinə bir az maarifləndirmə işləri aparmaq lazımdır:

"Ölkəmizdə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Onlar keçirdiyi lahiyələrin içərində buna da diqqət ayırmalıdır. Maarifləndirmə işləri aparmırlar. Sosial şəbəkələrlə bağlı video- çarxlar hazırlanmalı və sosial şəbəkələrdə yerləşdirilməlidir. Sosial şəbəkələrdə bəzi səhifələr var ki, onlar da məlumatlandırma, maarifləndirmə işləri ilə məşğuldurlar. Onlardan biri də " Belə-belə işlər” səhifəsidir. Belə səhifələr insanlara məlumatlar, yeni-yeni xəbərlər ötürür. Belə səhifələr artdıqca insanların fikri, diqqəti bu cür səhifələrə köklənəcək. Nəticədə neqativ informasiya yayan səhifələr bunun kölgəsində qalaraq məhv olacaq.
Sosial şəbəkə reallığı danılmaz faktdır. Orada yayılan informasyanın qarşısını almaq, blok etmək, silmək mümkün deyil. İnformasiyalar heç texniki cəhətdəndə blok edilə bilmir. Sadəcə,bu maarifləndirmə işləri ilə istiqamətləndirilməlidir. Sosial şəbəkələrə nəzarət olunmalıdır. Uşaqlara sosial şəbəkələrin qeydiyyatında yaş məhdudiyyəti var. 18 yaşından aşağı şəxslər bundan qeydiyyatdan keçə bilməz. Texniki cəhətdən bunu tənzimləmək mümkün deyil. Sosial şəbəkədə qeydiyyatdan keçəndə yetkinlik yaşına catmayan şəxs yaşını 18 yaşından artıq göstərib, qeydiyyatdan keçə bilərlər. Bura da valideynlər, məktəblər diqqətli olmalıdır. İnternet kafelərə girmək üçün 18 yaş tələb olunur.
Yaşı az olduqda uşaqlar ora buraxılmamalıdır. Amma getsək görərik ki, orda olanların böyük əksəriyəti 18 yaşdan aşağı şəxslərdir. Bu cür işlərə ictimai nəzarət olunmalıdır. Ailələr uşaqlarına nəzarət etməlidir. Provayderlər vətəndaşlara xüsusi paketlər təqdim etməlidirlər. Əgər evində az yaşlı uşaq varsa, o xüsusi provayderin internet paketindən istifadə etməlidir. Çünki orada bəzi sosial şəbəkələrə blok qoyulub. Onlar açılmır. Validenylər də rahatlıqla biləcəklər ki, uşaqları gizlincə sosial şəbəkədən istifadə edə bilməyəcək.
Orta məktəblərdə müəyyən təlimlər etmək olar. Müəyyən lahiyələr çərçivəsində orta məktəblərə gedib, müəyyən saatlarda onları maarifləndirmək mümkündür. Amma bu elə bir böyük proqram deyil ki, dərslik halına gətirilsin, ona saat ayrılsın və bu, dərs kimi keçirilsin. Əvvələr məktəblərdə informatika dərsləri keçrilirdi. Bunu informatika dərslərinin tərkibində keçmək olardı. Amma informatika dərsləri orta məktəb proqramından çıxarılıb. Məktəblərdə sıx dərs cədvəli olmamaqla sosial media dərslərini tədris etmək olar".
Kənan Eynuroğlu