Məleykə Abbaszadə: "Monitorinq imtahanlarının iştirakçılarının 30%-i heç bir suala cavab verə bilməyib”
12:28 24.10.2016
Arxiv
240
"Gələn il ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında 113 min abituriyentin iştirakı gözlənilir. Buraxılş imtahanlarında iştirak edəcək abituriyentlərin 62 420 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi monitorinq imtahanlarına qatılıb. Bu, o deməkdir ki, biz artıq 9-cu siniflər üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin yarısından çoxunun biliyini müəyyən səviyyədə bilirik”.
APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair seminarda çıxışı zamanı deyib. O bildirib ki, monitorinq imtahanlarının nəticələri uşaqların taleyinə təsir göstərmir.
M. Abbaszadə qeyd edib ki, nəticələr yalnız təhsil şöbələrinə, müraciət edən bəzi məktəblərə göndərilir ki, şagirdlərin nailiyyətləri ilə tanış olsunlar: "2013-cü ildən keçirilməsinə başlanan və 4 il ərzində aparılan monitorinq imtahanları bütün ölkəni əhatə edib. Monitorinq imtahanlarında iştirak edənlərin 30%-i nəticədə heç bir suala cavab verməyərək boş vərəqlər təqdim ediblər”.
Şura sədrinin sözlərinə görə, gələn il 9-cu siniflər üzrə buraxılış imtahanı verəcək şagirdlər yeni kurikuluma əsasən təhsil alanlardır. Yeni kurikuluma əsasən dərsliklər yazıldığını deyən M. Abbaszadə dərslikdə olan tapşırıqların uşaqların biliyini qiymətləndirmək üçün kifayət etmədiyini söyləyib: "Ona görə də 2013-cü ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test tapşırıqları topluları hazırlamağa başlayıb. Bu vaxta kimi V-VI-VII-VIII siniflər üzrə test kitabçaları var. IX siniflər üzrə test tapşırıqları kitabçası isə dekabr ayında hazır olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm