"Membiçdə əməliyyatla bağlı Türkiyə Rusiyadan dəstək alıb"
11:24 15.03.2018
Arxiv
3679
"Türkiyə rəsmilərinin müxtəlif ölkələrə səfərləri əsasən Suriya məsələsi ilə bağlı olacaq”.
Bunu "Sherg.az”a Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Moskva səfərindən danışarkən politoloq İlqar Vəlizadə söyləyib.
O diqqətə çatdırıb ki, indi gündəmdə Membiçin taleyi durur:
"Türkiyə israrla Afrin şəhərindən sonra Membiçə hərəkət etmək niyyətindədir. Bu planla bağlı Türkiyə Moskvadan qeyri-rəsmi dəstəyi də alıb.
Rəsmilər isə açıqlamalarında bildirib ki, Türkiyəni bu addımlara məcbur edən Amerikanın hərəkətləridir. Çünki Amerika Suriya kürdlərinə maliyyə yardımı edir, silah sursat verir. Ona görə, Türkiyə buna reaksiya verməli olur.
Suriyadakı əməliyyatlardan İran və Bəşər Əsəd də narahatlığını gizlətmir. Türkiyə bunları nəzərə alır və taktiki, epizodik tərəfdaş axtarışındadır. Rusiya hələlik bu rolda görünür”,
Politoloq bildirib ki, Moskva görüşündə Türkiyənin Suriya regionunda əməliyyatlarının sərhədləri müəyyənləşdiriləcək:
"İstiqamətlər bəlli olacaq və Türkiyə əks tərəfə irəliləsə, Rusiyanın maraqlarına toxuna bilər. Afrin şəhərinin demək olar taleyi həll olunub. Qeyd etdiyim kimi, indiki şəraitdə ən böyük diqqət Membiç ətrafındadır”.
Qeyd edək ki, Çavuşoğlu Afrindəki "Zeytun budağı” əməliyyatı haqqında danışıb. O bildirib ki, Suriyanın torpaqlarında kimsə təhdid yaratmamalıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə