Məmmədyarovla Nalbandyanın görüşü ləğv olundu

Səbəb isə hələlik açıqlanmayıb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyunda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş olmayacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan xarici siyasət idarəsinin mətbuat katibi Tiqran Balayan bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ləğv olunub. Balayan iyunun 2-də Nalbandyanın Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırdığını qeyd edib.

"Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır". Bunu ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.