Məmur Trampı hədələdi





Ağ Ev aparatının rəhbəri Con Kelli ABŞ prezidenti Donald Trampı istefa verəcəyi ilə hədələyib.


APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, martın 28-də Kelli və Tramp "Oval kabinet”də görüşüblər. "Axios” nəşri mənbələrə istinadən qeyd edir ki, Donald Trampla əsəbi danışıq zamanı Con Kelli istefa verəcəyi ilə hədələyib. Ağ Ev aparatının rəhbəri sərt söhbət əsnasında dəfələrlə bu vəzifəyə can atmadığını bildirib.