"Dediklərimin tam həqiqət olduğunu xalqım da bilir, göydəki Allah da görür"
"Mən xoşbəxt sənətkaram..."
10:24 22.12.2018
Arxiv
667
Könül Xasıyeva: "B həyatı dövlət başçımız İlham Əliyevə, onun həyat yoldaşı Mehriban xanım Əliyevaya borcluyuam"
"Dediklərimin tam həqiqət olduğunu xalqım da bilir, göydəki Allah da görür"
"Dediklərimin tam həqiqət olduğunu xalqım da bilir, göydəki Allah da görür"
Mədəniyyət bir millətin səviyyəsinin, tarixinin, irsinin, intellektinin güzgüsü hesab edilir. Azərbaycan dövləti Azərbaycan mədəniyyətinin inkişafı üçün hər zaman maraqlı olub. Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət sahəsinə, incəsənət xadimlərinə xüsusi qayğı, diqqətlə yanaşmağa çalışıb. Ulu öndər Heydər Əliyevin ənənəsini bu gün davam etdirən Prezident İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində vacib qərarlara imza atıblar. Sənət adamlarına həm mənəvi, həm də maddi baxımdan diqqət göstərən dövlətimiz hər zaman istedadlı olan sənətkarlara qayğısını əsirgəməyib.
Xalq artisti Könül Xasıyeva da Azərbaycan dövlətinin incəsənət sahəsinə, mədəniyyət xadimlərinə olan qayğısını vurğulayaraq bu gün həyatda yaşaması üçün məhz dövlət başçısına və ailəsinə minnətdar olduğunu dilə gətirdi:
«Bir sənətkar olaraq mən dövlətimizdən mənim sənətimə və şəxsiyyətimə olan bütün qayğıları görmüşəm.
Allah ölkə başçımız cənab İlham Əliyevə cansağlığı versin. Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanıma cansağlığı versin. Onlar olmasaydı, bu gün mən həyatda olmazdım. Onlar olmasaydı, mənim tək balam bu gün ölümlə üz-üzə dayanmışdı. Mən uzun müddət evsiz qalmışdım, problemlərim var idi. Bu barədə danışmadım, utanırdım. Amma Mehriban xanım mənim vəziyyətimdən xəbərdar olan kimi göstəriş verdi. Səhhətim ağır vəziyyətdə idi. Mənim bütün müalicələrimi dövlət öz üzərinə götürdü. Mehriban xanımın şəxsi göstərişi ilə mənə tam təmirli, eyni zamanda içində bütün məişət avadanlıqları, mebellərlə təmin olunmuş ev hədiyyə olundu.
Bu gün Könül Xasıyeva yaşayırsa, bu həyatı dövlət başçımız İlham Əliyevə, onun həyat yoldaşı Mehriban xanım Əliyevaya borcluyuam. Dediklərimin tam həqiqət olduğunu xalqım da bilir, göydəki Allah da görür. Dövlətimiz hər bir sənətkarına qayğı ilə yanaşır, diqqətini bizdən əsirgəmir. Hansı ölkənin dövlət başçısı sənətçilərə bu qədər qayğı göstərir? Bəlkə mən bilmirəm, siz deyin. Mən bu dövlətin sevgisini görmüşəm, bu dövlətin qayğısıyla təmin olunmuşam, yaradıcılığımda əldə etdiyim uğurlara görə bu dövlətə borcluyam. İnşallah, mart ayında növbəti solo-konsertim təşkil olunur. Mən ölmüşdüm, mənə yenidən yaşamaq üçün stimul verən cənab prezidentimizə, onun ailəsinə minnətdaram. Bir sənətçini balığa bənzədək.
Əgər balıq sudan kənarda qalarsa, nə qədər yaşaya bilər? Biz sənətçiləri də səhnə yaşadır. Mən elə bir vəziyyətdə idim ki, danışa bilmirdim, nitqim tutulmuşdu, ayaqlarım yer tutmurdu, vəziyyətim ağır idi, illərdir səhnədən kənarda qalmışdım, səhnəyə çıxa bilmirdim. Evsiz idim, kirayələrdə oğlumu böyüdürdüm. Bu gün bütün bu problemlərim həll olunubsa, buna görə yalnız dövlətimə təşəkkür etməliyəm. Mən xoşbəxt sənətkaram ki, belə bir dövlətdə yaşayıram, belə bir dövlətin, millətin sənətini yaşadıram. Dövlət başçısının göstərişi ilə mənə prezident təqaüdü verilir. Bir insanın, bir sənətkarın yaşaması üçün daha nə lazımdır. Mən dövlətimizə bu qayğı üçün təşəkkür edirəm».
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi