Yəni proses uğurlu olarsa, bu, Türkiyə-ABŞ münasibətlərinin yenidən müsbət məcraya qayıtmasına təkan verən bir amil ola bilər. Bu məsələ ABŞ üçün çox həssasdır. Bunun alternativ tərəfi münasibəti birmənalı olaraq ona gətirib çıxaracaq ki, gələcəkdə NATO-nun parçalanmasına şərait yaradacaq. Ona görə həm Türkiyə, həm də ABŞ bu prosesə həssaslıqla yanaşır. Düşünürəm ki, ABŞ verdiyi sözü heç vaxt tutmasa da, bu dəfə Türkiyə ilə arasında olan anlaşmanı pozmayacaq. Bu proses təmamilə həyata keçiriləcək. Menbiç əməliyyatı təkcə həmin ərazidə təhlükəsizliyin təmin olunması ilə bitməyəcək. Türkiyə bunu strateji yöndə Suriyanın Fərat çayının şərq sahillərində olan bütün terrorçuları həmin ərazidən çıxararaq oranı yerli əhaliyə qaytarıb və Menbiçdə tətbiq olunan idarəetmə modelini həmin yerlərdə də tətbiq etmək istəyir.
"Menbiç əməliyyatı o ərazidə təhlükəsizliyin təmin olunması ilə bitməyəcək..." - PƏRDƏARXASI
16:14 24.07.2018
Arxiv
965
"Menbiç əməliyyatının arxasında yalnız Türkiyə və Suriyanın təhlüksizlik məsələsi dayanmır”
Bu barədə "Sherg.az”a Tükriyənin Suriyanın Menbiç bölgəsində yeni əməliyyata başlamasına münasibət bildirərkən politoloq Natiq Miri bildirib.
Onun sözlərinə görə, əslində bu cür olaylara Türkiyə, ABŞ səviyyəsində yanaşmaq lazımdır:
"ABŞ və Türkiyə arasında olan bütün gərginliklərin ortadan qaldırılması üçün Menbiç prosesinə bir başlanığıç nöqtə kimi baxmaq gərəkir. Burada söhbət Menbiç prosesi vasitəsi ilə ora yerli əhalinin qaytarılması , yerli əhalidən ibarət idarəetmə məclisinin yaradılmasının və hakimiyyətin həmin əhaliyə verilməsi, oradakı terorçuları təmamilə ərazidən çıxarılmasından gedir. Eyni zamanda həmin prosesdə təhlükəsizliyin ABŞ və Türkiyənin birgə yaradılmış hərbi birliyin vasitəsi ilə təmin olunması da nəzərdə tutulur.
Yəni proses uğurlu olarsa, bu, Türkiyə-ABŞ münasibətlərinin yenidən müsbət məcraya qayıtmasına təkan verən bir amil ola bilər. Bu məsələ ABŞ üçün çox həssasdır. Bunun alternativ tərəfi münasibəti birmənalı olaraq ona gətirib çıxaracaq ki, gələcəkdə NATO-nun parçalanmasına şərait yaradacaq. Ona görə həm Türkiyə, həm də ABŞ bu prosesə həssaslıqla yanaşır. Düşünürəm ki, ABŞ verdiyi sözü heç vaxt tutmasa da, bu dəfə Türkiyə ilə arasında olan anlaşmanı pozmayacaq. Bu proses təmamilə həyata keçiriləcək. Menbiç əməliyyatı təkcə həmin ərazidə təhlükəsizliyin təmin olunması ilə bitməyəcək. Türkiyə bunu strateji yöndə Suriyanın Fərat çayının şərq sahillərində olan bütün terrorçuları həmin ərazidən çıxararaq oranı yerli əhaliyə qaytarıb və Menbiçdə tətbiq olunan idarəetmə modelini həmin yerlərdə də tətbiq etmək istəyir. Hazırda bu məsələ ABŞ-la çox ciddi müzakirə olunmaqdadır. Düşünürəm ki, Menbiç prosesi təkcə bir məsələ kimi nəzərdə tutulmur. Həmin əməliyyat Suriyanın bütün şimal ərazilərində tətbiq olunan bir model olacaq. Ona görə də, Menbiç və Suriyadakı uğur bütövlükdə həmin bölgələrdə təhlükəsizlik deməkdir. Bu da bilavasitə Türkiyənin təhlükəsizliyinə təminat verir”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib ki, "Fərat qaxlanı” və "Zeytun budağı” əməliyyatı nəticəsində 4 min kv km-ə yaxın ərazini suriyalılar üçün təhlükəsiz bölgəyə çeviriblər: Ankara terrorçuluğa qarşı mübarizəsini davam etdirəcək.Bizim üçün kimin dediyi deyil, ölkəmizin nəyə ehtiyacı olması əhəmiyyətlidir. Təhlükəsizlik qüvvələrimizin bir müddətdir sərhədlərimiz daxilində və ya onun xaricində həyata keçirdiyi əməliyyatlar bunun təsdiqidir. İndi Münbiçdə yeni bir mərhələyə başlayırıq. Sərhədlərimizdə bir terrorçu qalmayana və suriyalı qardaşlarımız evlərinə dönənədək bu əməliyyatlarımızı davam etdirəcəyik. Bu məsələdə kimsə bizə mane ola bilməz. Həqiqi dostlarımız yanımızda olanlardır. Türkiyəyə bu istiqamətdə yönələn hədələrə baxmayaraq, terrorçuların yanında olanları da unutmayacağıq”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya