Mərhum Elçin Behbudovu kim əvəzləyəcək, hələ bəlli deyil

Sənədləşmə işləri aparılır



İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin yeni sədri bu ilin may ayının sonunda məlum olacaq. Bu barədə "Şərq”ə komitənin sabiq sədri, mərhum Elçin Behbudovun qızı Günel Behbudova bildirib. Onun sözlərinə görə, hələlik yeni sədrin müəyyənləşməsi istiqamətində işlər gedir:

"Hazırda sənədləşmə işləri aparılır. Proses sona çatandan sonra sədrin kimliyi aydınlaşacaq. Ona görə də, sədrin kim olacağına dair qabaqcadan dəqiq bir söz deyə bilmərəm. May ayının sonunda əlaqə saxlayın. Bir nəticə olsa, məlumat verəcəm”.

G.Behbudova E.Behbudovun müavini Elçin Şirinovun sədr olacağına dair iddiaları yalanlayıb: "Bu, yanlış məlumatdır. Belə bir məsələ yoxdur. Bir daha qeyd edirəm ki, hər şey sənədləşmə işlərindən sonra məlum olacaq”.

Ayyət Əhməd