Merkel Dağlıq Qarabağdan danışdı: "Almaniya münaqişənin həll olunmamasına göz yuma bilməz"





Almaniya postsovet ölkələrinin dondurulmuş münaqişələrdən əziyyət çəkməsinə göz yuma bilməz.

Trend-in məlumatına görə, bu sözləri Almaniya Kansleri Angela Merkel Berlində keçirilən Almaniya-Ukrayna iqtisadi forumu zamanı deyib.

A.Merkel bildirib ki, Gürcüstan, Moldova, Azərbaycan, Ukrayna kimi ölkələr Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ və Ukraynanın şərqindəki dondurulmuş münaqişələrdən əziyyət çəkir: "Biz buna göz yuma bilmərik”.