Mərkəz rəhbərindən ÇAĞIRIŞ: “İlan sancmaları...”

"Aprel ayında ilan sancması ilə bağlı hələ ki, 2 müraciət daxil olub”.
Bu barədə "Sherg.az”a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, xəstələrdən biri hazırda mərkəz yatır:
"Əvvəlcə vəziyyəti bir az ağır olsa da, indi durumu stabilləşib. Digər hadisə isə aprelin əvvəlində olmuşdu. Bu zaman zəhərlənmə baş verməmişdi. Sadəcə olaraq xəstəyə müəyyən tövsiyələrimizi söylədik.
Ümumiyyətlə, ilan sancması zamanı gərək zərəçəkən hərəkətsiz vəziyyətə qalsın. Bundan sonra isə qısa bir müddətdə çox bərk olmamaq şərti ilə turna bağlamaq olar. Havalar tam istiləşməyib. Müraciətlərin sayına baxdıqdan sonra gedişatın nə yerdə olduğunu deyə bilərik. Çünki ilan sancması o qədər də çox deyil.
Əhaliyə məsləhət olaraq onu deyə bilərəm ki, xüsusilə kənd təsərrüfatı işlərində çalışanlar gərək diqqətli olsunlar. Məsələn, iş vaxtı əl və ayaqlarını rezin vasitələrlə bağlaya bilərlər. İlan sancdıqda ilkin tibbi yardım olaraq, həmin yerə yod məhlulu və tibbi spirt sürtmək lazımdır. Belə şəxs çox hərəkət etməməli, imobilizasiya vəziyyətində olmalıdır və onu təcili həkimə çatdırmaq lazımdır”.
Yeganə Bayramova