Məsələ qaranlıq qalır
11:30 03.11.2017
Arxiv
986
Arı sancan gəncin əməliyyata alınmasına nə ehtiyac var?
Arı sancmasından xəstəxanaya yerləşdirilən 24 yaşlı gənc bir gün sonra orada həyatını itirib. Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Ötən ayın 27-də qəsəbədə məskunlaşan Qubadlı rayon sakini 24 yaşlı Cavid İmanlını qolundan arı sancıb. Bundan bir neçə gün sonra o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Cavidin qardaşı Mehman İmanov deyir ki, qardaşı xəstəxanaya daxil olarkən ondan həm qan, həm də qolunda çirkin olub-olmamağı ilə bağlı analizlər götürülüb. Bundan sonra Cavid İmanlı əməliyyata götürülüb. Yaxınları iddia edirlər ki, ona yüksək dozada narkoz verildiyindən dünyasını dəyişib.
Tibb elmləri doktoru, professor Adil Qeydbulla arı sancan gəncin hansı səbəbdən əməliyyata alınmasının onun üçün qaranlıq qaldığını deyib:
"Yaxşı olar ki, hadisənin baş verdiyi xəstəxanadan bu barədə açıqlama verilsin. Qana zəhər keçibsə, qan yuyulmalıdır, əməliyyata nə ehtiyac var?”
Professorun sözlərinə görə, arı sancmaları nadir olsa da, həyati təhlükə daşıyacaq reaksiyalara səbəb ola bilər:
"Xüsusən də allergiyası olan insanlarda arı sancmaları zamanı tez müdaxilə etmək lazımdır.
Allergik reaksiya göstərən sancma zamanı mədə bulantısı, qusma, baş gicəllənməsi, huşun itirilməsi, dildə şişmələr, nəfəs almada çətinlik kimi əlamətlər ortaya çıxır. Qan təzyiqində meydana gələn azalma ilə insan şoka girə bilər. Qısa zaman kəsiyində ürək fəaliyyətini dayandırır. Bəzi hallarda heç ilkin tibbi yardım göstərmək belə olmur. Yəni allergik insanlarda arının zəhəri sürətlə qana təsir edir. Xatırlayırsınızsa, bir neçə il əvvəl də telefonla danışdığı yerdə arı sancan adam dünyasını dəyişmişdi”.
Qeyd edək ki, arı sancan yerdə şişkinlik, ağrı, qızartı, qaşıntı və qabarıqlıq meydana gəlir. Ağrı bir neçə saat olur, sonra azalır. Şişkinlik isə bir-iki günə keçir. İlk əvvəl arının iynəsi nəyləsə çıxarılmalıdır. Yara çoxlu su və sabunla yuyulmalıdır. Arı sancan yerə buz qoymaq zəhərin dağılmasını və bədənin verə biləcəyi allergik reaksiyanın şiddətini azalda bilər. Allergiyası olan insanları isə tez bir zamanda həkimə aparmaq lazımdır.
Cavidin bacısı: "Bu Allahsızlıqdır”
Cavid İmanlının bacısı sosial şəbəkə vasitəsi ilə müraciət yayıb. Lent.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində yerləşdirildiyi xəstəxanada vəfat edən gəncin bacısı Natavan Həsənli onun həkim tamahkarlığının qurbanı olduğunu deyib: "Mənim qardaşım İmanlı Cavid arı vurmasına görə öz ayağıyla Sabunçu xəstəxanasına gedib. Amma həkim Tağı Əliyev səhlənkarlıq edərək yoxlama aparmadan onun qolunu çərtib ki, çirkin olub olmamasını öyrənsin. Bu zaman ona narkoz vurulub. 24 yaşlı qardaşım narkozun şokundan rəhmətə gedib. 1 ay sonra toyu olacaqdı. Bu cür savadsız həkimlərin ucbatından arzusu yarımçıq qaldı.
Allah xatirinə bu haqsızlığı yayın. Başqa Cavidlər də ölməsin”. Vəfat edən gəncin bacısı işinə məsuliyyətsiz yanaşan həkimin cəzalandırılmasını xahiş edib: "Xahiş edirəm ürəyimin ağrısını o həkimi cəzalandıraraq azaldın. Qardaşım birinci gün xəstəxanaya gedib. 2-ci gün günortaya qədər sadəcə bir ağrıkəsici vurulub. Sonra da pulun məbləğini artırmaq məqsədi ilə tamahkarlıq edərək əməliyyat ediblər. Bu Allahsızlıqdır. Onun 24 yaşı vardı hələ. Dekabrda toyu olacaqdı”. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırmalara başlanılıb və zəruri ekspertizalar təyin olunub. Həmçinin Səhiyyə Nazirliyinə ölüm faktını araşdırmaq üçün daxili yoxlama aparılması ilə bağlı müraciət edilib.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət