Məşhur restoranda toy keçirildi: sahibi cərimələndi
11:28 12.06.2021
Arxiv
737
“Mona Liza” restoranında bir gündə iki toy məclisi keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı fakt öz təsdiqini tapıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
Bildirilib ki, sosial şəbəkdə yayılan görüntülər əsasında, ərazi üzrə Nərimanov rayon Polis İdarəsinin əməkədaşları tərəfindən araşdırma aparılıb:
“Araşdırma zamanı məlumatlar öz təsdiqini tapıb. Məlum olub ki, ötən gün, yəni iyunun 11-də axşam saat 19:00-dan 22:30 radələrinə qədər azsaylı qonaqların iştirakı ilə olsa da “Mona Liza” restoranında toy məclisi keçirilib. Bu səbəbdən restoranın sahibi Şəmsi Şıxıyev və restoranın administratoru Musa Balazadəyə karantin qaydalarını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə protokollar tərtib edilib.
Belə ki, protokola əsasən, “Mona Liza” restoranın sahibi Ş.Şıxıyevə 4 min manat məbləğində cərimə tətbiq edilib”.
DİN rəsmisi onu da əlavə edib ki, restoran sahibinə Nazirlər Kabineti yanında operativ qərargahın tərtib etdiyi karantin qaydalarına ciddi şəkildə riayət etmələri barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, bəzi məlumatlara görə, “Mona-Liza” restoranı BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsusdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə