Mətanət Əhmədova: "Bəxtiyar Hacıyev ərimdən boşanmağımı tələb edir"
20:37 15.04.2014
Arxiv
4197
Xəbər verildiyi kimi, gənc fəal Bəxtiyar Hacıyevə qarşı Nərimanov rayon polis idarəsində cinayət işi açılması ilə bağlı o, bildirmişdi ki, barəsində cinayət işi açılmasına səbəb türk iş adamı Nurettin Eres və onun aktrisa həyat yoldaşı Mətanət Əhmədovanın sözügedən polis idarəsinə etdiyi müraciətdir. Hacıyev müraciətin heç bir əsasının olmamasını qeyd etmişdi.
AzNews.az saytı iş adamının həyat yoldaşı, tanınmış azərbaycanlı aktrisa Mətanət Əhmədova ilə əlaqə saxlayıb. Aktrisa bildirib ki, ötən ilin avqust ayında notarial qaydada Bəxtiyar Hacıyevdən 30 min manat borc pul götürüb. Amma avqustdan aprelin 9-a kimi Nurettin Ereslə Bəxtiyar Hacıyev arasında olan söhbətlərdən xəbərsiz olub:
"Bu, onların öz işləri olduğuna görə qarışmamışam. Aprelin 9-da Bəxtiyar yoldaşıma zəng vurub ki, gəl söhbət edək. Özü də dostuyla gəlib. Ordan yoldaşımı götürüb aparıblar Sumqayıt qəbristanlığına. Sumqayıtda isə Bəxtiyar həbsxana yoldaşlarını çağırıb. Yoldaşımın əllərini bağlayıblar, bədəninin müxtəlif nayihələrinə xəsarət yetiriblər. Bu barədə ekspertizanın rəyi də var”.
M.Əhmədovanın dediyinə görə, yalnız Bəxtiyar Hacıyevin dostlarından birinin təkidindən sonra Nutettin Eresin əllərini açıblar. Bu hadisədən əvvəl isə B.Hacıyev aktrisaya zəng vurub. M.Əhmədova onunla danışmaq istəməsə də, Hacıyev Əhmədovanın iş yoldaşı vasitəsilə onu hədələyib, N.Eresin başını kəsəcəyini deyib. Aktrisanın sözlərinə görə, B.Hacıyev ondan ərindən boşanmasını tələb edir:
"Mənə deyir ki, ondan boşan, səndən əl çəkim. Bunun Türkiyədə qohum-qardaşını qoyub, gəlib mənimlə niyə dava eləyirsən ki? Sənin alıb verəcəyin mənimlə deyil axı! Onlar 14 ildir bir-birini tanıyır. Amma Nurettin Ereslə evli olduğum 10 il ərzində bir dəfə də olsun Bəxtiyarın adını eşitməmişəm. Pulu notariusla vermisən, get məhkəməyə müraciət elə, pulunu al da. Kim sənin pulunu verməkdən boyun qaçırır ki? Sən lotusan, kimisə aparıb "razborka” xırdalayırsan? Təsəvvür edin ki, bu adam mənim 80 yaşlı atamı söhbətə çağırır”.
Aktrisa bildirib ki, Bəxtiyar Hacıyev və dostları Nurettin Eresi döyəndən sonra onun telefonlarını və sənədlərini əlindən alıb, özünə də kağız yazdırıblar ki, guya bütün bunları öz xoşu ilə edib:
"Kim öz xoşuyla mobil telefonlarını, sənədlərini, pasportunu verər? Facebookda mənə yazır ki, kişiləri yoldan çıxarıb maşında gəzirsən. Mən üç ildir maşın sürürəm. Bəyəm maşınımın kreditini o verir? Sonra yazıb ki, gəl sənə haram pul qazanmağın yollarını göstərim. Getsin onu əzizlərinə göstərsin. Onun pulu qaytarılacaq. Amma o da bütün elədiklərinə görə qanun qarşısında cavab verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi