Bu cür görüntüləri yaymağın ədəbsizlik olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə bildirib ki, ümumiyyətlə, həmin qızın hansısa xəstəliyi və ya psixoloji problemi varsa, onu videoya çəkərək sosial şəbəkələrdə paylaşmaq insanlığa xas olan əlamət deyil:
Metroda, küçədə, ictimai nəqliyyatda xəstə insanlar ola bilər
12:38 29.11.2018
Arxiv
606
O qızı videoya çəkərək sosial şəbəkələrdə paylaşmaq insanlığa xas olan əlamət deyil
Bu cür görüntüləri yaymağın ədəbsizlik olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə bildirib ki, ümumiyyətlə, həmin qızın hansısa xəstəliyi və ya psixoloji problemi varsa, onu videoya çəkərək sosial şəbəkələrdə paylaşmaq insanlığa xas olan əlamət deyil:
Son vaxtlar Bakı metrosunda baş verən hadisələrlə bağlı sərnişinlərin videosunun sosial şəbəkələrdə yayılması geniş yayılıb. Metroda sərnişinlərin narazılığına səbəb olan növbəti video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Görüntülərə əsasən, vaqondakı xanım qatarda ayaqqabısını çıxararaq corabını dəyişib. Bundan sonra ayağından çıxardığı corabı iyləyərək, sərnişinlərin əyləşdiyi oturacağa atıb.
Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun məsələyə münasibəti belə olub: "Metroda sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək Metropoliten işçilərinin əsas vəzifəsidir. Biz sərnişinlərin hərəkətlərinə yalnız qanun çərçivəsində müdaxilə edə bilərik. Əgər sərnişinlərdən kimsə metroda ictimai asayişi pozubsa, o halda polis işə qarışa bilər. Lakin heç kəsə deyə bilmərik ki, ədəb qaydalarını gözlə. Bunu o hərəkətlərdən narahat olan sərnişinlər deyə bilər ki, rahatlığımıza mane olursan.
Həmin sərnişinlərdən şikayət edilərsə, bu halda qanun çərçivəsində sərnişinlərin rahatlığını pozan şəxslə bağlı cəza tədbiri görülə bilər. Bu məsələlərdə daha çox sosial şəbəkələr və ictimai qınaq rolunu oynamalıdırlar”.
Sözügedən görüntülərə baxanda gənc qızın psixoloji problemləri olduğu açıq-aşkar görünür. Əsas məsələ videonu çəkən şəxslərin görüntünü hansı məqsədlə yaymasıdır. Ən azından hansısa xəstəliyi olan, psixoloji durumu yerində olmayan birinə qarşı belə hərəkət heç də xoşagələn deyil.
Bu cür görüntüləri yaymağın ədəbsizlik olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə bildirib ki, ümumiyyətlə, həmin qızın hansısa xəstəliyi və ya psixoloji problemi varsa, onu videoya çəkərək sosial şəbəkələrdə paylaşmaq insanlığa xas olan əlamət deyil: "Hərdən olur ki, ictimai nəqliyyatda, küçədə və başqa yerlərdə xəstə insanlara rast gəlirik. Hansı ki, onlar öz-özünə danışırlar və qəribə hərəkətlər edirlər. Amma həmin insan xəstəliyi ucbatından bunu edir. Belələrinə gülmək, onu lağa qoymaq ən aşağı insani xüsusiyyətlərdən biridir. Psixoloji problemi, xəstəliyi olan şəxs qəribə hərəkətləri kefindən etmir”.
Sosioloq bildirib ki, videonu yayan şəxslərin məqsədi heç də yaxşı deyil:
"Həmin şəxslər Azərbaycanın adına ləkə gətirmək, ölkəmizi aşağılamaq niyyətindədirlər. İstəyirlər nümayiş etdirsinlər ki, ölkəmizdə belə bir vəziyyət var. Təəssüf ki, ölkəmizdə bu cür iyrənc əməllərə maraq göstərən qüvvələr çoxdur. Həmin adamın özünün müəyyən problemləri var deyə belə görüntüləri yayır. Ya da şüurlu şəkildə Azərbaycanı gözdən salmaq üçün bunu edir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya