Meyxanaçı Kərim anasının ölümündən xəbərsizdir

Yanlış xəbər yayan sayt məhkəməyə veriləcək


Məşhur meyxana ifaçısı Kərimin dünyasını dəyişməsi haqqında yanlış xəbər yayan sayt məhkəməyə veriləcək.
Bu barədə meyxanaçının yaxın qohumu Rüstəm Cənnətov "Şərq”ə məlumat verib. Onun sözlərinə görə, həmin sayt Kərimin anasının ölümündə ittiham olunur:

"Bu gün Kərimin anasının 3 mərasimidir. Məclis başa çatan kimi saytı məhkəməyə verəcəyik. Kərimin anası xəstə idi, oğlunun xəstəxanada olmasından xəbərsiz idi. Qohumlar yalan məlumatı oxuyub, inanıb ağlaşa-ağlaşa Kərimgilə gəlib. Bundan iki saat sonra Kərimin anası dünyasını dəyişib. Belə məlumat yayarlar?! Oğlunun ölüm xəbərinə dözməyib öldü”. Rüstəm Cənnətov qeyd edib ki, meyxana ustası Kərim anasının ölümündən hələ də xəbərsizdi: "Kərim anasının ölümündən xəbərsizdi. Ona necə deyə bilərik ki? Reanimasiyadan təzə çıxıb, şəkərli adamdı. Vəziyyəti indi-indi özünə gəlir. Məsləhət belə oldu ki, anasının ölümü barədə hələ ki heç nə bilməsin. Həkimlər də məsləhət gördülər ki, stressdən uzaq olsun”.
Meyxana ifaçısı Kərim bir müddət əvvəl insult keçirərək xəstəxanaya yerləşdirilib.

Tahirə