MHP-nin qurultayı çox gərgin keçəcək
20:49 13.05.2016
Arxiv
574
“MHP-nin başına kim gəlir gəlsin, əminəm ki, həmin şəxs Azərbaycanla sıx əlaqələr quracaq”
Türkiyədə Ankara Məhkəməsinin qərarına əsasən, mayın 15-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) növbədənkənar qurultayı keçiriləcək. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Məlumata görə, seçkilərdə lazımi səs toplanmasa, ikinci fövqəladə qurultay eyni yerdə mayın 22-də keçiriləcək. Yada salaq ki, aprelin 8-də Türkiyə məhkəməsi müxalifətin qurultay tələbini təmin edib və MHP-nin növbədənkənar qurultay keçirməsinə qərar verib. Partiya sədrliyinə namizədlər Meral Akşener, Koray Aydın və Sinan Oğan partiyanın fövqəladə qurultaya getməsi üçün topladıqları 543 imzanı əvvəlcə MHP Ümumi Mərkəzinə təhvil versələr də, təşkilat rəhbərliyi müxaliflərin iddiasını cavabsız qoymuşdu. Bundan sonra fevralın 5-də hər üç şəxs toplanan imzaları məhkəməyə təqdim etmişdi. Qurultayı dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu "Şərq”ə bildirib ki, MHP 90-cı illərdə böyük sıçrayış etdi: "Baxın, əfsanəvi lider Alp Arslan Türkeş partiyanı yaradanda təşkilat lazımi səs toplayıb parlamentə düşə bilmirdi. A.Türkeş rəhmətə getdikdən sonra partiya liderliyi uğrunda mübarizə aparıldı. Türkeşin oğlu Toğrul Türkeşlə Dövlət Baxçalı arasında sərt rəqabət getdi. Hətta qurultayı təxirə saldılar. Çünki dava düşmüşdü. Amma sonra qurultayı keçirdilər və Toğrul Türkeş Baxçalının liderliyini qəbul etdi. Bir az sonra MHP parlamentdə böyük uğur qazandı. İndi üstündən illər keçib, amma bu partiya əvvəlki nailiyyətlərini təkrarlaya bilmir. Düzdü, parlament partiyası olaraq qalır. Bunun özü də bir müvəffəqiyyətdir. Amma partiya daxilində düşünülür ki, seçkidən seçkiyə MHP-nin qazandığı səs faizi azalır. D.Baxçalını dəyişməyin vaxtı çatıb. Ona görə də bu qurultay çox kəskin keçəcək. Liderlik uğrunda mübarizə aparılacaq. M.Akşenerin də şansını yüksək qiymətləndirirəm. MHP-dəki bu durum AKP-nin də işinə yarayır. Hakim partiya düşünür ki, bu partiyada dəyişiklik baş versə, özlərinə müttəfiq tapa bilərlər”.
Ekspertin qənaətincə, MHP Azərbaycana yaxın təşkilatdır: "Türkiyəli millətçilər hər zaman Azərbaycanla sıx əməkdaşlığın tərəfdarı olub, bu yöndə çıxışlar ediblər. Hətta İsveçrədə məlum protokollar imzalananda buna qarşı ən qətiyyətli sözü MHP lideri dedi. Buna görə Azərbaycan rəhbərliyi millətçilərin liderinə minnətdarlıq etdi. MHP-nin başına kim gəlir gəlsin, əminəm ki, həmin şəxs Azərbaycanla sıx əlaqələr quracaq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya