Mikayıl Cabbarov əmr imzaladı: Mәktәbәhazırlıq qruplarına 5 yaşı hәmin il tamam olan uşaqlar qәbul ediləcək
10:35 17.09.2016
Arxiv
455
Təhsil naziri Mikayıl Cabbarov dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planını təsdiq edib.
Təhsil Nazirliyinin saytının xəbərinə görə, əmrə əsasən, dövlәt ümumtәhsil mәktәblәrindә yaradılmış mәktәbәhazırlıq qruplarına 5 yaşı hәmin il tamam olan uşaqlar qәbul edilirlәr.
Mәktәbәhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müәyyәnlәşdirilıir: - qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 10 uşaq; - şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 15 uşaq. Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir.
Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr oktyabrın 1-dә başlayır, mayın 31-dә başa çatır və hәftәdә 4 (dörd) gün keçilir. Bir gün әrzindә 3 (üç) mәşğәlә tәdris olunur. Bir mәşğәlәnin müddәti 30 dәqiqә, mәşğәlәlәrarası fasilә 10 dәqiqә müәyyәn edilir. Zehni gәrginlik tәlәb edәn mәşğәlәlәrdә, bir qayda olaraq, 3 idman dәqiqәsi keçirilir. Mәktәbәhazırlıq qruplarında tәhsil alan uşaqlara ev tapşırıqları nәzәrdә tutulmur.
Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr yalnız ibtidai sinif müәllimi ixtisaslı vә müәyyәn iş tәcrübәsinә malik müәllim tәrәfindәn aparılmalıdır. Mәktәbәhazırlıq qruplarında dәrs ili iki yarımilә bölünür: - I yarımil: 1 oktyabr-26 yanvar; - II yarımil: 1 fevral-31 may. Dәrs ili әrzindә aşağıdakı tәtillәr müәyyәn olunur: - 5 gün payız tәtili (16-20 noyabr); - 5 gün qış tәtili (27-31 yanvar); - 5 gün әlavә tәtil (1-5 may).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm