Millət vəkili Prezidentin Ehtiyat Fonduna vəsaitin artırılmasını istədi




"Hesab edirəm ki, Prezidentin Ehtiyat Fonduna büdcədən əlavə vəsait ayrılmalıdır". Sherg.az xəbər verir ki, bu sözləri parlamentdə gələn ilin büdcə müzakirələri zamanı deputat Novruzəli Aslanov deyib. 

Millət vəkili bildirib ki, Azərbaycan iqtisadiyyatında inkişaf, dinamizm və artım müşahidə olunur: 

"Hər bir dövlətin büdcəsi və maliyyə potensialı olmalıdır. Azərbaycanın da maliyyə potensialı güclüdür və günü-gündən artmaqdadır. Büdcədə nəzərdə tutulan Prezidentin Ehtiyat Fonduna diqqət yetirilməli və imkanları daha artırılmalıdır. Çünki Prezidentin Ehtiyat Fondu özünün operativliyi, çevikliyi ilə seçilən maliyyə bazasıdır. Zəruri hallarda bu və ya digər sahələrə maliyyə vəsaitinin ayrılmasını təmin edir. Hər hansı layihənin reallaşmasında maliyyə çatışmazlığı, problem olmur. Ölkəmizdə sosial layihələrin həyata keçirilməsində Prezidentin Ehtiyat Fondunun xüsusi rolu var. Son zamanlar cənab Prezident bölgələrə səfərində müxtəlif obyektlərin açılışında olur. Sakinlərin problemlərini şəxsən dinləyir”.
Anar