Millət vəkillərinin sayının 150 nəfərə çatdırılmasına ehtiyac var
09:12 17.07.2018
Arxiv
716
Türkiyə Böyük Millət Məclisinin 27-ci müddəti üçün təmsil olunan deputatların sayı artıb. Bununla əlaqədar Türkiyə Böyük Millət Məclisində geniş dəyişikliklər ediləcək. 27-ci dövr üçün Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin sayı 600 nəfərə yüksəlib. Bundan əvvəlki dövr üçün isə təmsil olunan millət vəkillərinin sayı 550 nəfər olub.
Qeyd edək ki, Azərbaycanda da Milli Məclisə seçilən deputatların sayının artırılması məsələsi əvvəllər bir neçə dəfə qaldırılsa da, reallaşmayıb. Əhalinin sayının artması faktına əsaslanan deputatlar iddia edir ki, ölkədə seçicilərin 3 milyonluq artımı deputatların sayını dəyişdirməyi diktə edir. Belə ki, 125 nəfərlik parlamentin formalaşdırılmasına Azərbaycan müstəqilliyini bərpa etdiyi illərdə, əhalinin sayı 7 milyondan az olduğu dövrdə qərar verilib. Əhalinin sayı artır və buna uyğun olaraq da, parlamentdə deputat yerlərinin artırılmasına da ehtiyac yaranır.
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev düşünür ki, deputatların sayı ən azı 150 nəfər olmalıdır. Yəni, 125-dən 150-yə qaldırılmalıdır.
Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev də millət vəkillərinin sayının artırılmasının tərəfdarıdır:
"Azərbaycan əhalisinin sayı artıq 10 milyonu keçib. Bu baxımdan millət vəkillərinin sayının artırılmasına ehtiyac var. Əhalinin təmsilçiliyi tam mümkün olsun deyə, bu artım bütün regionları əhatə etməlidir”.
Parlamentin çox vacib struktur olduğunu vurğulayan Fond prezidenti deyib ki, MM-in fəaliyyətinin gücləndirilməsində deputatların sayının artırılmasının da faydası olacaq. Komissiyalar daha dolğun şəkildə işləmək imkanını genişləndirə bilərlər. Cənab prezident ölkədə iqtisadi islahatlarla yanaşı, siyasi islahatların aparılmasına dair xüsusi göstəriş verib. İdarəetmənin təkmilləşdirilməsi ilə bağlı Konstitutsiyaya edilən dəyişiklikər də deputatların sayının artırılmasına imkan yaradır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət