"Milli Məclisin foyesində siqaret qadağan olunsun" - TƏKLİF




Milli Məclisin deputatı İlham Əliyev parlamentin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

Sherg.az report-a istinadən xəbər verir ki, İ.Əliyev bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zaman səsləndirib.

O deyib ki, Prezident Administrasiyasında 10 ildən artıqdır siqaretin çəkilməsinə qadağa qoyulub: "Bir müddət orada işləmişəm. Ola bilər, kimsə gizlincə çəksin. Amma deyim ki, siqaretin çəkilməsi üçün yer nəzərdə tutulmayıb. Milli Məclisin foyesində də siqaret çəkilməsinə qadağa qoyulmasını təklif edirəm".