Mobil telefonlardan imtina etməyimiz mümkün görünmür. Kompüterlərdəki "siçan"lardan da. Hər gün onlara daha bərk-bərk sarılırıq, əlimizdən yerə qoymuruq. Lakin bu qurğular yaydığı radiasiya ilə yalnız xərçəng riskini artırmır, astma təhlükəsini də çoxaldır.
Mobil telefonları, kompüterlərin həyatımızı asanlaşdırarkən yoluxucu xəstəlikləri də artırır. İddialara görə, mobil telefonlar ayaq dabanlarımızdan daha çox bakteriya daşıyır.
Onlar hətta tualetlərdəki, qab yuduğumuz süngərlərdəki mikroblarla da müqayisə belə edilməyəcək dərəcədə - 400 dəfə çox bakteriya yuvasıdırlar. İnkişaf etmiş ölkələrdə baş verən allergik xəstəliklərdə artım mobil telefon və kompüter istifadəsinin genişlənməsi ilə bağlıdır.
Sherg.az xüsusilə hər kəsin istifadə etdiyi mobil telefonlardan yayılan bakteriyalardan qorunmaq üsullarını araşdırıb. Həmçinin siz telefonlarını təmizləmək haqqında önəmli təlimatları da oxuya bilərsiniz.
Əgər klavişli telefon istifadə edirsinizsə, sizin üçün pis bir xəbərimiz var. Klavişli telefonlar, bütün ekranı sensor olan telefonlarla müqayisədə daha çox bakteriya saxlayır. Telefonunuz klavişlidirsə, orta hesabla 3 ayda bir lövhələri çıxarıb təmizləmək lazımdır. Qulaq çöpü, diş fırçası və ya digər üsullarla təmizləməyinmiz mütləqdir.
Tək parça deyil, hissələrə ayrılan telefon istifadə edirsinizsə, yenə 3 ayda bir cihazın bütün təmizliyini həll etməlisiniz. Bunun üçün, ayrılan bütün hissələri kənarda təmizləməyiniz lazımdır. Təmizliyə başlamazdan əvvəl isə mütləq telefonu söndürün. Əlinizlə təmizləyə bilmədiyiniz hissələrdə qulaq çöpü və diş fırçası istifadə edin.
Telefonların ən çox toz və bakteriya də tutan yerləri, qulaqcıq və adapter yerləridir. Səs çıxan hissələri də bu siyahıya əlavə edə bilərik. O səbəbdən buraları da, tez-tez təmizləmək lazımdır. Daha az toz tutması üçün müxtəlif telefon bəzəkləri istifadə edib, ya da ən başından toza davamlı bir telefon ala bilərsiniz.
Ekranın təmizliyinə gəldikdə isə bunun üçün ən məntiqli addım ekran təmizləyici laklar istifadə etməyinizdir. "Yaş dəsmal"? deyə soruşursunuzsa, xəbərdarlıq edək: yaş dəsmallar, ekrana zərər verir, kəsik əmələ gəlməsinə səbəb olur.
Ekran qoruyucusunu niyə istifadə edirsiniz? Telefonun ekranını hər cür bəladan və zolaqdan xilas etmək üçün deyilmi? Bəs eyni qoruyucunun, ekran səthinin gerçək həyatla əlaqəsini kəsdiyi və buna paralel olaraq burada bakteriya əmələ gəlməsinə mane olduğu ağlınıza gələrdimi heç? həqiqətən də belədir. 3 ayda bir dəfə bu qoruyucuları dəyişdirsəniz, daha faydalı olacaq.
Örtük istifadə edirsiniz? İstifadə edin. Çünki örtük də telefonun daha az toz tutmasını və telefon üzərində daha az bakteriya əmələ gəlməsini təmin edən digər bir amildir. Əlbəttə, "sənə gələn mənə gəlsin" yanaşmasında olduqlarından, telefonlarınız yerinə örtüklər bakteriya yuvasına çevriləcək. O səbəblə örtükləri də tez-tez təmizləmək lazımdır. Ancaq örtük təmizləyərkən daha sərbəstik, fərqli antibakterial təmizləyicilər istifadə edə bilərik.
Telefonunuzla olar olmaz yerlərə girməyin! Nə işi var o telefonun tualetdə, vannada? Sanki bununla özünüz mikroblara, bakteriyalara dəvətnamə çıxarırsınız.
Bir də telefonunuzu hər kəsə verməyin. Müxtəlif əllərdən, fərqli ciblərdən yığdığı bakteriyalar, sizin xəbəriniz olmadan telefonunuzda toplana bilər. Bu səbəblə, mümkün olduğu qədər aranızda az cihaz transferi edin.
Bununla bərabər, ikinci əl telefon aldıqda da, telefonunuzu eninə boyuna təmizləsəniz yaxşı olar. Məlumatınız olsun.
Danışarkən mümkün olduqca qulaqlıq istifadə edin. Bu, telefonunuzla başınızın çox az təmas etməsi deməkdir. Beləliklə, bakteriya mübadiləsi də azalacaq.
Aysel Aslan