Möcüzə qurtuluş!

Gözündən girib beyninə çatmışdı
Hindistanda ağıla sığmayan bir qəza və bu qəzadan möcüzə kimi bir qurtuluş hekayəsi yaşandı.
12 yaşlı bir oğlan, oyun oynayarkən gözünə dəmir parça girdi. Ox uşağın beyninə qədər çatmışdı. Qeyri-mümkün kimi görünən hadisədən həkimlər uşağı sağ-salamat qurtarmağı bacardı.
Hindistanın Hayderabad şəhərində Baba Qureşi adlı 12 yaşlı uşaq bir qəssab dükanındakı alətlərlə oynayarkən dəmir bir ox uşağın gözünə batdı. Xoşbəxtlikdən gözünün kənarından girən dəmir parçası uşağın göz çuxurunda bir ziyana səbəb olmadı. Hadisənin ən qəribə yanı isə dəmirin uşağın beyninə 15 santimetr yaxın dərinlik yaradaraq girməsi oldu. Hadisə yaşandığı zaman gözündən qanlar axan Qureşi ağrılar içində qıvrılırdı.
Osmanıya xəstəxanasında təcili əməliyyata alınan uşaq üçün həkim Premjit Rels "Xəstəxanaya gəldiyi zaman güclü ağrılar çəkirdi. Gözünə batan dəmir səbəbiylə iki gözünü də itirmə və beynində qalıcı bir fəsad olması riski çox yüksək idi. Çox sürətli davranmaq məcburiyyətindəydik. Təxminən 1 saat davam edən əməliyyatla gözündəki dəmiri çıxarmağı bacardıq. Beyində bir qan və qalıcı bir fəsad olmadı.” dedi. Qureşi sol gözünü itirmiş olsa da, həyatına normal bir şəkildə davam edə biləcək. 12 yaşlı uşaq 1 həftəyə xəstəxanadan buraxılacaq.